Xəbər lenti

ABŞ Rusiyanın Mariupolda kimyəvi maddələrlə qarışdırılmış gözyaşardıcı qazdan istifadə etməsini mümkün sayır.

Teleqraf.com xəbər verir ki, bunu ABŞ-ın ATƏT-dəki daimi nümayəndəsi Maykl Karpenter deyib.

Onun sözlərinə görə, Vaşinqton Mariupola hücum zamanı kimyəvi maddələrin mümkün istifadəsi barədə məlumatları öyrənir.

“Rusiya qoşunlarının müqavimətçilərə qarşı mübarizə aparmaq üçün müxtəlif vasitələrdən, o cümlədən kimyəvi maddələrlə qarışdırılmış gözyaşardıcı qazdan istifadə etdiyinə dair etibarlı məlumatlar var ki, bu da onların aqressiv kampaniyasının bir hissəsi olaraq ukraynalı döyüşçüləri və mülki insanları zəiflədə və sıradan çıxara bilər”, - ABŞ diplomatı deyib.


Ana səhifəyə qayıt        Baxış: 3 644          Tarix: 23-04-2022, 14:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma