Xəbər lenti

Dünya Rusiyanın kimyəvi silahdan istifadəsinə cavab verəcək.

"Report" Ukrayna mətbuatına istinadən xəbər verir ki, bunu Pentaqon rəhbəri Lloyd Ostin bildirib.

"Rusiyanın Ukraynaya qarşı kimyəvi və ya bioloji silahdan istifadə etməsi çox güman ki, beynəlxalq ictimaiyyətin reaksiyasına səbəb olacaq", - Ostin deyib.

O, həmçinin əlavə edib ki, Rusiya kiberhücumun köməyi ilə Ukraynadakı münaqişəni gərginləşdirə bilər.

Bundan əvvəl bildirilib ki, Ümumdünya Səhiyyə Təşkilatı artıq Rusiyanın Ukraynada mümkün kimyəvi hücumlarına hazırlaşır.



Ana səhifəyə qayıt        Baxış: 2 951          Tarix: 4-05-2022, 09:39      

Xəbəri paylaş


Paylaş:   

Prizma