Xəbər lenti
Bu gün, 15:30
Bu gün, 14:18
Bu gün, 13:53
Bu gün, 11:19
Bu gün, 10:14
Bu gün, 09:24
Dünən, 17:12
Dünən, 16:00
Dünən, 14:26
Dünən, 11:22
Dünən, 11:00
27-11-2024, 23:37
Dünəndən etibarən Baltik dənizinin Estoniya sahillərində NATO-nun “Kirpi 2022” adlı hərbi təlimləri başlayıb.
Ovqat.com-un məlumatına görə, Baltikyanı ölkələdən Polşaya, Böyük Britaniya və hətta Şimali Makedoniyaya qədər Alyansın əksər ölkələrinin qatılacağı planlaşdırılan hərbi təlimlər mayın 30-na qədər davam edəcək.
Məlumata görə, hərbi təlimlərdə iştirak etmək məqsədilə ABŞ-ın USS Kearsarge (LHD-3) və USS Gunston Hall (LSD) amfibiya hücum gəmiləri də srağagündən Baltik dənizində lövbər salıb. Gəmilərin göyərtəsində “AV-8B Harrier II” hücum təyyarələri daşıdığı xəbər verilir.
Məlumata görə, “Kirpi 2022” təlimləri çərçivəsində ABŞ və Estoniya Silahlı Qüvvələri təyyarələrindən istifadə edərək böyük desant qüvvələrinin xəyali düşmənin hərbi bazalarına eniş ssenarisi üzərində işləyəcəklər. ABŞ-dan bu təlimlərə 22 MEU dəniz piyadaları qatılırlar.
Qeyd edək ki, 22 MEU dəniz piyadaları ABŞ-ın elit döyüşçüləri sayılırlar. Hazırda Şimali Karolinada xidmət edən bu desant dəstəsi 2.200 hərbi qulluqçudan təşəkkül tapır.
Təlimlərin bu hissəsində qarşıya qoyulan vəzifəni yerinə yetirən “AV-8B Harrier II” təyyarələri isə bir çox xüsusiyyətləri ilə F-35-lərin əcdadı sayılır. Mütəxəssislər F-35-lərin məhz “AV-8B Harrier II”dən ilham alınaraq icad edildiyini bildirirlər. “AV-8B Harrier II” təyyarələri pist (uçuş-enmə) zolağına ehtiyac duymadan dik qalxma-enmə və havada hərəkətsiz qalma xüsusiyyəti ilə seçilirlər və əslində elə bu məqsədlə də icad olunublar.
Haşiyə
Məlum olduğu kimi, İkinci Dünya Müharibəsində təsirli şəkildə istifadə edilən döyüş təyyarələri hərb anlayışını da büsbütün dəyişdirdi. Müharibəyə qədər yalnız kəşfiyyat məqsədilə istifadə olunan təyyarələrin II Dünya Müharibəsində ən yaxşı hücumçu və bombardımançı olduğu anlaşıldı. II Dünya Müharibəsi Hava Hücumundan ən yaxşı müdafiənin təyyarələri və ya hava limanlarını vurmaq olduğunu öyrətdi. Hava limanları adətən düşmən təyyarələri göydə olarkən vurulur, pist zolağı sıradan çıxarılırdı. Nəticədə göydə olan təyyarələr hava limanına rahat və təhlükəsiz enə bilmirdi.
Məhz bu problemin həlli üçün uzun illər böyük dövlətlər pist zolağı olmadan şaquli enib-qalma xüsusiyyətinə malik təyyarələr icadetmə axtarışlarına başladılar. Sonunda bunu bacaran isə Böyük Britaniya oldu və Hawker Harrier (P.1127) təyyarəsi kəşf edildi. Bu təyyarə ilk uçuşunu 1967-ci ildə uğurla sınaqdan çıxardı.
F-35 təyyarəsi “AV-8B Harrier-II”in dik qalxma və enmə performasını təkfrarlayır
1982-ci ildə Böyük Britaniya ilə Argentina arasında çıxan Falkland müharibəsində ilk dəfə real döyüşlərə qatılan Hawker Harrier təyyarələri düşmən gəmilərinin göyərtəsinə şaquli enişləri ilə bütün dünyanı təəccübləndirmişdi. Elə həmin illərdə ABŞ bu təyyarələrin istehsal haqqını İngiltərədən aldı. 1985-ci ildən isə daha da modernləşdirilib bəzi elektronik silahlarla təchiz edilərək “AV-8B Harrier-II” adlandırıldı və ABŞ Dəniz Piyadalarının xidmətinə verildi. Hazırda isə bu təyyarələrin istehsalı dayandırılıb və ondan ilham alınaraq daha modern xüsusiyyətlərə malik F-35-lər istehsal olunur.
***
“AV-8B Harrier-II” təyyarələrini daşıyan ABŞ gəmilərinin hazırda lövbər saldıqları məkanın Sankt-Peterburqdakı Saray Meydanına qədər təxminən 450 km məsafədə yerləşməsi də diqqətçəkicidir.
“Kirpi-2022” təlimlərinə digər NATO ölkələri də böyük hərbi heyətlə qatılacaqlar. Ümumiyyətlə, builki təlimlərin Soyuq Müharibədən bəri Baltik dənizində keçirilən ən iri hərbi tədbir olduğu bildirilir. Təsadüfi deyil ki, təkcə Böyük Britaniyadan bu təlimlərə 8000 əsgər qatılacaq. Digər NATO ölkələrinin də qatılımı ilə bu sayın qat-qat artacağı gözlənilir. Böyük Britaniya Müdafiə Nazirliyi təlimlərdə NATO-nun Birgə Ekspedisiya Qüvvələrinin (JEF) və tərəfdaşlarının on minlərlə əsgərinin iştirak edəcəyini vurğulayıb.
“Avropanın təhlükəsizliyi heç vaxt bu qədər vacib olmayıb. Bu təlimlər bizim qoşunlarla NATO və Birgə Ekspedisiya Qüvvələri üzrə müttəfiqləri və tərəfdaşlarının həmrəylik və güc nümayişində Soyuq Müharibədən bəri ən böyük birgə yerləşdirmələrdən birində qüvvələri birləşdirəcək”, - Böyük Britaniyanın Müdafiə naziri Ben Uolles təlimləri şərh edərkən deyib.
Təlimlərdə diqqəti cəlb edən ən maraqlı məqam Finlandiyanın da bu tədbirlərə qoşulmasıdır. NATO-ya üzvlük məsələsi hələ də müzakirə edilən və Moskva tərəfindən sərt reaksiya ilə qarşılanan Finlandiyanın bu təlimlərdə yer almasının simvolik mənası da var. Sanki NATO ölkələri Finlandiyanı rus təcavüzündən qorumaq üçün bu təlimləri keçirirlər. ABŞ hərbi gəmilərinin Estoniya ilə Finlandiya arasında yerləşdirilməsi Baltik dənizinin indidən NATO gölünə çevriləcəyinə işarədir. Finlandiya və İsveç NATO-ya üzv olduqdan sonra ABŞ və Böyük Britaniya gəmilərinin Sankt-Peterburqun burnunun ucunda qalıcı lövbər salacağı şübhə doğurmur. Rusiyanı hövsələdən çıxaran da məhz bu təhlükədir.
Ovqat.com
Xəbəri paylaş
Paylaş:
Bənzər məqalələr
Seçilənlər
Prizma
Söhbət
Ədəbiyyat və mədəniyyət
Video
Ən çox oxunanlar