Xəbər lenti

 
Estoniyada bu ölkədə dislokasiya olunmuş NATO döyüş qrupu ilə eston hərbçiləri qış şəraitində birgə döyüş əməliyyatları üzrə təlimləri başlayır.
 
Ovqat.com-un məlumatına görə, qış təlimlərinə Böyük Britaniya, Fransa hərbi qulluqçuları da qatılacaqlar. 
 
Estoniya Müdafiə Qüvvələrinin Baş Qərargahının mətbuat xidmətindən verilən məlumata görə, manevrlərə zirehli texnika, piyada, qərargah və mühəndis bölmələri cəlb olunacaq.
 
“Təlimlər Britaniya, Fransa və Estoniya əsgərlərinin qış şəraitində şəxsi heyətin döyüş qabiliyyətini və ağır hərbi texnikanın hərəkətlərini qorumaq, həmçinin hücum və müdafiə əməliyyatlarının ən effektiv planlaşdırılması və aparılması bacarıqlarını inkişaf etdirmək məqsədi daşıyır”, - Müdafiə Qüvvələrinin 1-ci piyada briqadasının komandiri, estoniyalı polkovnik Andrus Merilo mətbuata açıqlamasında bildirib.
 


Yanvarın 29-dan fevralın 6-dək canlı atəş təlimləri keçiriləcək. Təlimlərdə təxminən 1400 nəfər iştirak edəcək.
 
Təlimlərdə Amari aviabazasında yerləşdirilmiş Belçikaya məxsus F-16 qırıcılarının cəlb olunması da daxil olmaqla quru və hava qüvvələrinin qarşılıqlı fəaliyyəti işlənib hazırlanacaq.
 
Qeyd edək ki, Estoniya Baltikyanı ölkələr arasında Rusiyanın paytaxtına və Sankt-Peterburqa ən yaxın ərazilərdən sayılır. Estoniyanın cənub-şərq sərhəddindən Moskvaya hava yolu cəmi 620 km, Narva şəhərindən Sankt Peterburqa qədər olan məsafə isə 130 km.dir. 
 


Ana səhifəyə qayıt        Baxış: 5 945          Tarix: 29-01-2022, 08:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma