Xəbər lenti

 
Böyük Britaniya və Aİ Rusiya neftini daşıyan gəmilərin sığortasını qadağan etmək barədə razılığa gəliblər.
 
Ovqat.com xəbər verir ki, “Financial Times” nəşri bu barədə məlumat yayıb.
 
Məlumatına görə, bu qərardan sonra Rusiya neftinin daşıyıcıları dəniz nəqliyyatı üzrə ən böyük sığorta bazarı olan Britaniyanın “Lloyd's of London” çıxış imkanını itirəcək.
 
Mütəxəssislərin fikrincə, bu, dəniz ticarətinin imkanlarını kəskin şəkildə daraldan son dərəcə təsirli tədbirdir və rus neftinin tankerlə daşınması artıq həqiqətən də “altıncı paket”in sanksiyaları altına düşüb.
 
Dəniz daşımalarını sığortalamaqdan imtina rus neftinin, məsələn, Hindistan və ya Çinlə ticarətini birmənalı şəkildə qadağan edə bilməz, lakin belə bir tanker sadəcə limana gəlib onu boşalta bilməz. Limanın sahibi kiməsə görə öz biznesini riskə atmayacaq. 
 
Sığorta bazarı dərin inteqrasiya olunmuş sistemdir. Qarşılıqlı təkrarsığorta faktiki olaraq bütün sığorta cəmiyyətini istənilən əməliyyatın iştirakçısına çevirir.
 
Ən böyük sığortaçılar bu və ya digər yükləri və ya daşımaları sığortalamırsa, digər sığortaçılar da şübhəli əməliyyatlarda iştirak etmirlər.
 
Buna görə də, rus treyderləri müəyyən bir yükü sığortalamağı bacarsalar belə, əvvəla, bu, “adi” yoldan xeyli baha başa gələcək. İkincisi, belə sığorta ilə istənilən limana daxil olmaq mümkün deyil. Bu o deməkdir ki, neft dənizdə hardasa yenidən doldurulmalı və digər “boz” əməliyyatlar aparılmalıdır ki, bu da nəqlin rentabelliyini əhəmiyyətli dərəcədə azaldacaq, imkanları və həcmləri daraldacaq.
 


Ana səhifəyə qayıt        Baxış: 5 316          Tarix: 1-06-2022, 20:05      

Xəbəri paylaş


Paylaş:   

Prizma