Xəbər lenti

 

Maliyyə Bazarlarına Nəzarət Palatasının İdarə Heyətinin qərarı ilə iki sığorta şirkətinin və 13 nəfər sığorta agentinin lisenziyaları ləğv edilib, səkkiz nəfərə isə yeni lisenziyalar verilib.

Təkrarsığorta və sığorta agenti fəaliyyətinə verilmiş lisenziyanın könüllü qaydada ləğv edilməsi barədə daxil olan müraciətlər əsasında “İpək Yolu Sığorta” ASC və “Azərbaycan Sənaye Sığorta” ASC-nin və beş nəfər sığorta agentinə verilmiş lisenziyalar ləğv edilib.

Maliyyə Bazarlarına Nəzarət Palatasının müvafiq qərarı ilə fəaliyyəti barədə rüblük hesabatları təqdim etməyən şəxslərin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları üç ay müddətinə dayandırılmışdı.

Həmin tarixdən etibarən lisenziyanın qüvvəsinin dayandırılmasına əsas verən halların aradan qaldırılmaması ilə əlaqədar səkkiz nəfər fiziki şəxsin sığorta agenti fəaliyyətinə verilmiş lisenziyaları ləğv edilib.

Palatanın İdarə Heyətinin eyni qərarı ilə attestasiyadan müvəffəqiyyətlə keçən səkkiz nəfər sığorta agentinə lisenziyalar verilib. \\Oxu.Az




Ana səhifəyə qayıt        Baxış: 541          Tarix: 18-10-2018, 23:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma