Xəbər lenti

Ukrayna Silahlı Qüvvələri Rusiyanın Donetsk vilayətinin Severodonetsk rayonunda növbəti hücumunu dəf edib və Sumı vilayətinin Krasnopolye rayonunda isə Rusiya qoşunlarına sarsıdıcı zərbələr endirib.

Bu barədə Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargahı məlumat yayıb.

Belə ki, Krasnopolye yaxınlığında ukraynalı hərbçilər kəşfiyyat fəaliyyəti aparmaq istəyən işğalçı qüvvələrə xeyli itkilər verib.

Slavyansk istiqamətində Rusiya qüvvələri Qruşuvaxa, Dolina, Morosovka, Prişib və Çepil yaşayış məntəqələri ərazilərində minaatanlardan, top artilleriyasından və reaktiv yaylım atəş sistemlərindən istifadə edib. Baş Qərargahın məlumatına görə, qarşı tərəf İzyum - Slavyansk istiqamətində hücum əməliyyatlarının davam etdirilməsi üçün əlverişli şərait yaratmağa çalışır.

“Severodonetsk istiqamətində düşmən Metelkino, Belaya Qora və Ustinovka yaşayış məntəqələri ərazilərində top və reaktiv artilleriyadan atəş açmağa davam edir. O, Severodonetsk şəhəri üzərində tam nəzarəti ələ keçirmək üçün hücum əməliyyatları keçirməyə cəhd etsə də, buna nail ola bilməyib.

Atəş və hücumlar nəticəsində düşmən Metelkino kəndində qismən uğur qazanıb, orada möhkəmlənməyə çalışır. Sirotino istiqamətində edilən hücum isə Ukrayna hərbçiləri tərəfindən dəf edilib.

Slobojansk istiqamətində düşmən əvvəllər işğal olunmuş hüdudların müdafiəsini saxlayır, mövcud atəş vasitələrindən edir və Ukrayna Silahlı Qüvvələrinin bölmələrinin ölkənin dövlət sərhədi istiqamətində irəliləməsinin qarşısını almağa çalışır.
Ətraflı

Xarkov istiqamətində qarşı tərəf Dementyevka, Peçeneqi, Koroboçkino, Bayrak, Yuxarı Saltov, Xarkov, Kapitolovka və Tsirkuni yaşayış məntəqələri ərazilərində artilleriya atəşi həyata keçirib”, - Baş Qərargah açıqlayıb.

Müharibə Araşdırmaları İnstitutunun (MAİ) gündəlik təhlil məlumatında isə qeyd olunub ki, iyunun 18-də Rusiya qüvvələri Severodonetskətrafı ərazidə cüzi nailiyyətlər əldə edib, lakin digər hücum xətlərində əsasən ilişib qalıb.

“Rusiya qüvvələrinin şəxsi heyət və texnikada artan itkilər və yıpranma ilə qarşılaşması ehtimalı var ki, bu da onun Severodonetsk uğrunda gedən ləng döyüşlər davam etdiyi üçün digər kritik nöqtələrdə hücum əməliyyatlarını bərpa etmək cəhdini çətinləşdirəcək. MAİ-nin daha öncə təxmin etdiyi kimi, Rusiya qüvvələri, çox güman ki, yaxın həftələrdə Severodonetski tuta biləcək, lakin bu onlara mövcud qüvvələrin əksəriyyətinin kiçik ərazidə cəmləməsi bahasına başa gələcək. Rusiyanın Ukraynanın şərqindəki digər əməliyyatları, məsələn, Slavyanskı ələ keçirmək və Baxmutun şərqinə doğru irəliləmək səyləri son iki həftədə mühüm proqresə gətirib çıxarmayıb”, - yazıda vurğulanıb.

Qeyd olunub ki, Rusiya ordusu mənəvi ruh və nizam-intizam problemləri ilə üzləşməkdə davam edir: “Ukrayna Baş Kəşfiyyat İdarəsi iyunun 17-də və 18-də Rusiya əsgərlərinin cəbhə xəttindəki şəraitdən, zəif təchizatdan və şəxsi heyət çatışmazlığından şikayət etdiyi ələ keçirilmiş telefon zəngləri barədə məlumat yayıb. Hərbi qulluqçulardan biri bildirib ki, bölmələrin şəxsi heyəti taqətdən düşüb və bəzi tabor taktiki qruplarında (TTQ) cəmi 10-15 hərbçi qalıb”.

Amerikalı ekspertlərin əsas nəticələri onda ibarətdir ki, Rusiya qoşunları Baxmut-Lisiçansk şosesi boyunca Ukraynanın kommunikasiya xəttini kəsmək səylərini davam etdirib və magistral yol boyu qurudan və artilleriyadan zərbələr endirib. Eyni zamanda, analitiklərin fikrincə, işğalçı qüvvələr cənub xətti boyunca heç bir təsdiqlənmiş fəaliyyət göstərməyib və Ukraynanın cənubundakı işğal olunmuş ərazilərdə partizan təzyiqi ilə üzləşməkdə davam edir.



Ana səhifəyə qayıt        Baxış: 3 059          Tarix: 19-06-2022, 10:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma