
Türkiyə Hərbi Dəniz Qüvvələrinin "Anadolu Görev Qrupu" NATO-nun Adriatik dənizində keçirilən "Neptune Strike 25.3" təliminə qoşulub.
Oxu.Az bu barədə "Anadolu" agentliyinə istinadla xəbər verir.
Bildirilir ki, sentyabrın 26-na qədər davam edəcək təlimdə Türkiyə, İtaliya və ABŞ başda olmaqla 44 hərbi qüvvə iştirak edir.
Türkiyə "Anadolu", "Gökova", "Gökçeada", "İ.İnönü" gəmiləri, helikopterlər, zirehli amfibiya vasitələri, SAT bölməsi və dəniz piyadaları ilə aparıcı rol oynayır. Təlim çərçivəsində amfibiya hücum, sualtı əleyhinə əməliyyat, silah atışları və yaralıların təxliyəsi üzrə praktiki məşqlər keçirilir.
Bildirilir ki, bu təlim həm müttəfiqlərlə əməkdaşlığı gücləndirmək, həm də Türkiyənin hərbi gücünü nümayiş etdirmək baxımından böyük əhəmiyyət daşıyır.
Paylaş: