Xəbər lenti
27-11-2024, 19:25

“Rusiya qüvvələri İzyumun şimal-qərbində və cənub-qərbində lokallaşdırılmış quru hücumlarını bərpa edib. Xarkova doğru hücum əməliyyatları üçün yeni şərait yaradıla bilər”.

“Report” xəbər verir ki, bu barədə ABŞ-ın Müharibə Tədqiqatları İnstitutundan bildirilib.

“Rusiya qüvvələri Çepil, Şçurivka və Husarivkaya istiqamətlərində uğursuz hücumlar edib və kəşfiyyat cəhdlərinə başlayıb. Son günlər İzyumun cənub-şərqində hücumlar bərpa olunub”, - institutdan qeyd olunub.

Məlumata görə, Rusiya Silahlı Qüvvələrinin Xarkov şəhərini və vilayətini ələ keçirmək ehtimalı çox aşağıdır: “Rusiya Prezidenti Vladimir Putin bu barədə əmr verə bilər. Lakin Rusiya ordusunun Xarkovu ələ keçirməsi çox çətindir. Bununla belə, Rusiya qüvvələri Ukraynanın əks-hücumlarının qarşısını almaq üçün dağıdıcı hücumlara başlaya bilər”.




Ana səhifəyə qayıt        Baxış: 3 432          Tarix: 1-08-2022, 10:29      

Xəbəri paylaş


Paylaş:   

Prizma