Xəbər lenti
27-11-2024, 19:25


Ukrayna böhranının "əsas təhrikçisi" olan ABŞ Tayvanda da münaqişəni "qıcıqlandırmaq" üçün eyni taktikadan istifadə edir.

 

Ovqat.com xəbər verir ki, Çinin Moskvadakı səfiri Zhang Hanhui Rusiyanın TASS xəbər agentliyinə açıqlamasında belə deyib.

 

Onun fikrincə, Vaşinqton Rusiyaya qarşı misli görünməmiş hərtərəfli sanksiyalar tətbiq etməklə, Ukraynaya isə qoşun və ağır silahlar göndərməkdə öz təxribatçı planını həyata keçirir: “ABŞ-ın əsas məqsədi uzun sürən müharibə və sanksiyaların ağırlığı altında Rusiyanı əzmək və tükəndirməkdir", - Zhang bildirib.

 

Çin-Rusiya münasibətlərinin ən yaxşı dövrünə qədəm qoyduğunu vurğulayan Zhang, iki ölkə arasındakı əlaqələri "yüksək səviyyədə qarşılıqlı etimad və ortaq fəaliyyət” prinsipinə söykənən xarici siyasət kimi qiymətdirib və onun “strateji əhəmiyyət” daşıdığını deyib.

 

ABŞ Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin ötən həftə Asiya turu çərçivəsində Tayvana “baş çəkməsindən” danışan səfir bildirib ki, ABŞ bu hərəkətilə Çin-Tayvan qarşıdurmasını və rəqabətini qızışdırır.

 

Vaşinqtonun Tayvan siyasətini tənqid edən Zhang, “Daxili işlərə qarışmamaq dünyamızda sülh və sabitliyin qorunmasının ən təməl prinsipidir”, - deyib.

 




Ana səhifəyə qayıt        Baxış: 5 501          Tarix: 12-08-2022, 10:07      

Xəbəri paylaş


Paylaş:   

Prizma