Xəbər lenti
27-11-2024, 19:25

Avropa İttifaqı (Aİ) rusiyalılar üçün turist vizalarının verilməsinə ciddi məhdudiyyətlər tətbiq edəcək.

APA-nın Moskva müxbiri xəbər verir ki, bu barədə Aİ-dən bildirilib.

Vurğulanıb ki, jurnalistlərə və ailəvi səbəblərə görə Aİ-yə səfər edən vətəndaşlara giriş icazəsi veriləcək.

Qeyd edək ki, bu gün Avropa İttifaqı Şurası Rusiya vətəndaşlarına sadələşdirilmiş viza rejiminin dayandırılması barədə qərarı təsdiqləyib. Sentyabın 12-dən qüvvəyə minəcək qərara görə, Rusiya vətəndaşlarına vizanın verilməsi ilə bağlı ümumi qaydalar tətbiq olunacaq. Vizanın qiyməti 80 avro təşkil edəcək (əvvəl vizanın qiyməti 35 avro idi), viza tələb etmək üçün əlavə sənədlər tələb olunacaq və sorğunun icrası vaxtı artacaq.

Xatırladaq ki, Avropa İttifaqı ilə Rusiya arasında sadələşdirilmiş viza rejimi 2007-ci ildən tətbiq olunmağa başlayıb.




Ana səhifəyə qayıt        Baxış: 3 330          Tarix: 9-09-2022, 15:44      

Xəbəri paylaş


Paylaş:   

Prizma