Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarovanın Fransa prezidenti Emmanuel Makronun Rusiyanın Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindəki rolu ilə bağlı açıqlamalarına münasibət bildirib.
“Biz E.Makronun Rusiyanın guya Qarabağ münaqişəsindən Cənubi Qafqazda sabitliyi pozmaq üçün istifadə etməsi ilə bağlı açıqlamalarını kobud və qətiyyən qəbuledilməz hesab edirik. Bu cür bəyanatlar Qərbin Rusiyaya qarşı siyasi xəttinə uyğundur və qarşıdurma məntiqini Ukraynadan postsovet məkanının digər hissələrinə, o cümlədən Cənubi Qafqaza köçürmək cəhdlərinə dəlalət edir. Fransa prezidentinin absurd uydurmaları Parisin regionda davamlı sülhün bərqərar olmasına maraq göstərməməsindən danışır və onun ölkəsinin bölgədə konstruktiv rol oynaya bilməsini şübhə altına alır.
Hətta Bakı ilə İrəvan arasında gərginlik dövründə özünü standart sülh çağırışları ilə məhdudlaşdıran Fransadan fərqli olaraq, Rusiya praktiki baxımdan münaqişənin həllinə töhfə verib. Azərbaycan, Ermənistan və Rusiya liderlərinin 10 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanatının imzalanmasında ölkəmiz həlledici rol oynayıb.
Parisin Azərbaycan və Ermənistanla Rusiyanın münasibətlərinə zərbə vurmaq cəhdləri uğursuzluğa məhkumdur və yalnız Fransanın regionda nüfuzunun daha da azalmasına gətirib çıxaracaq”, - deyə Zaxarova bildirib.
Mənbə: TASS
Paylaş: