Xəbər lenti
Dünən, 19:25

Livanla İsrail arasında dəniz sərhədlərinin demarkasiyası ilə bağlı yekun razılıq əldə edilib.

"Report" xəbər verir ki, bununla bağlı Livan Prezidenti Mişel Aun “Əl-Manar” telekanalı tərəfindən yayımlanan çıxışında bildirib.

Sənədi amerikalı vasitəçi Amos Hoxteen hazırlayıb.

Qeyd edək ki, Livan və İsrail arasında 856 kvadratmetrlik şelf sahəsi ətrafında mübahisə mövcuddur. Mübahisəli ərazi Livanın Qana qaz yatağının İsrailin Kariş yatağı ilə qovşağında yerləşir. 1948-ci ildən formal olaraq müharibə şəraitində olan iki qonşu arasında dəniz sərhədi hələ də müəyyən edilməyib.




Ana səhifəyə qayıt        Baxış: 3 167          Tarix: 14-10-2022, 10:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma