Taxıl fyuçersləri Rusiyanın “taxıl müqaviləsi”ndə iştirakını dayandırdığını elan etdikdən sonra bahalaşıb.
Belə ki, Çikaqo birjasında buğdanın qiymətləri 7,7 faiz, qarğıdalının 2,8 faiz, soya yağının isə təxminən 3 faiz artıb.
Mənbə yazır ki, Rusiyanın “taxıl müqaviləsi”ndən çıxması ilə dünyanın ərzaq təhlükəsizliyi təhlükə altına düşür:
“Rusiyanın bu qərarı dünya taxıl bazarlarında şok yarada, ərzaq inflyasiyasını artıra və aclığı daha da gücləndirə bilər. Çox güman ki, taxıl qiymətlərinin daha da yüksəlməsi baş verəcək”.
Qeyd edək ki, Rusiya oktyabrın 29-da Türkiyənin vasitəçiliyi ilə Ukrayna ilə imzalanmış “Taxıl saziş”ində iştirakını dayandırıb.
Rusiya Federasiyası bunu Ukrayna ordusunun Sevastopolda Qara dəniz donanmasını, eləcə də taxıl dəhlizinin təhlükəsizliyini təmin edən mülki gəmilərə qarşı hücumla əlaqələndirib.
Mənbə: Bloomberg
Paylaş: