Xəbər lenti
Dünən, 19:25

“Belarus Ukraynaya qoşun yeritməyi planlaşdırmır”.

Bu barədə Belarus Prezidenti Aleksandr Lukaşenko Milli Biotexnologiya Korporasiyasının əmək kollektivinin nümayəndələri ilə görüşü zamanı bildirib:

“Bu gün onlar qışqırırlar: “Lukaşenko öz hərbi qulluqçularını Ukraynaya göndərmək istəyir!” Artıq min iki yüz dəfə demişəm ki, mənim belə bir planım yoxdur”.

Onun sözlərinə görə, indi Belarus vətəndaşları Ukrayna ərazisində hərbi əməliyyatlarda iştirak edir, onları respublikanı tərk etmiş hökumət əleyhdarları oraya “göndərirlər”:

“Bunlar da kiminsə övladlarıdır. Amma şikayət edəcək kimsə yoxdur. Mən prezident kimi sizi oraya göndərməmişəm. Bizim orada, Ukraynada işimiz yoxdur. Bizə adamları oraya döyüşə göndərmək lazım deyil. Niyə məni buna görə ittiham edirlər? Çünki özləri bu uşaqları oraya göndərirlər”.

Mənbə: BelTA




Ana səhifəyə qayıt        Baxış: 4 483          Tarix: 4-11-2022, 19:25      

Xəbəri paylaş


Paylaş:   

Prizma