Xəbər lenti
Dünən, 19:25
"Associated Press”, "PBS Frontline” podkastının müəllifləri və "SITU Research”in vizual məlumat analitikləri 2022-ci ilin mart ayının əvvəlində Rusiyanın işğalı zamanı Kiyev vilayətinin Buça şəhərində baş verən hadisələrlə bağlı araşdırma dərc ediblər.

Qaynarinfo bu barədə "AP News"a istinadən xəbər verir.

Jurnalistlər küçə müşahidə kameralarından yüzlərlə saatlıq görüntüləri, rusların ələ keçirilən telefon danışıqlarını tədqiq ediblər və Rusiyanın Buçanın "təmizlənməsi" əməliyyatının 3D modelini qurublar. Araşdırmanın müəllifləri iddia edirlər ki, Rusiya hərbçiləri şəhərdə məqsədyönlü filtrasiya aparıb, ev-ev gəzərək, Rusiya xüsusi xidmət orqanlarının tərtib etdiyi siyahılar üzrə potensial təhlükələri müəyyən edib və şübhəli sakinləri axtarıblar. Jurnalistlər audio və video görüntülərə, şahidlərin ifadələrinə istinadən bildirirlər ki, Ukrayna hərbçilərinə kömək etməkdə şübhəli bilinən şəxslər işgəncələrə məruz qalıb və öldürülüb.

"Bu, Rusiyanın Ukraynada işğal etdiyi bütün digər ərazilərdə təkrarlana biləcək əvvəlcədən təşkil edilmiş vəhşilik idi. Bu, rus qoşunlarının keçmiş münaqişələrdə, xüsusən də Çeçenistanda tez-tez istifadə etdiyi müqaviməti zərərsizləşdirmək və yerli əhalini qorxutmaq strategiyasıdır", deyə araşdırma müəllifləri yazır.

Buçadakı "təmizləmə" zamanı ən çox zərər çəkən ərazi Yablonskaya küçəsi olub. 144 nömrəli ofis binasında rus hərbçiləri qərargah təşkil ediblər. Ruslar şəhəri tərk etdikdən sonra Yablonskaya küçəsində 40-a yaxın öldürülmüş mülki vətəndaşın cəsədi tapılıb. Ukrayna Baş Prokurorluğu Buçada hərbi cinayətlərdə general-mayor Sergey Çubarıkinin komandirlik etdiyi 76-cı Qvardiya Hava-desant həmlə diviziyasının hərbi qulluqçularını şübhəli bilir. Çubarıkinin birbaşa rəisi isə Rusiya Federasiyası Şərq Hərbi Dairəsinin qoşunlarının komandanı general-polkovnik Aleksandr Çaykodur.

"Associated Press” agentliyi mart ayında Buçada yerləşən Rusiya hərbçiləri arasında söhbətlərin yazılarını və stenoqramlarını dərc edib. Onlar şəhər sakinlərinin qətli barədə qohumlarına danışırlar.

May ayında "Associated Press”in araşdırmasında istifadə olunan materialların bir hissəsi "The New York Times” tərəfindən dərc edilib. Qəzet məqaləsində şahidlərin ifadələrinə və müşahidə kameraları da daxil olmaqla qeydlərə istinad edilir. Qəzetin iddia edir ki, bütün bu sübutlar martın 4-də rus desantçıların şəhərdə ən azı 8 nəfəri saxlayıb öldürdüyünü sübut edir.

"Qaynarinfo"
Ads by
0
Reklamınızı SmartBee ilə effektiv ed



Ana səhifəyə qayıt        Baxış: 4 158          Tarix: 5-11-2022, 11:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma