Xəbər lenti
Dünən, 19:25

Birləşmiş Ştatlar ölkənin özünün müvafiq qərarı olmadan Ukrayna ilə bağlı Rusiya ilə heç bir sülh danışıqlarına getmək niyyətində deyil.

Bunu ABŞ prezidenti Co Bayden deyib.

“Mən açıq şəkildə bildirdim ki, biz Ukrayna xalqına özünü müdafiə etmək imkanı verməkdə davam edəcəyik - və biz heç bir danışıqlara getmək fikrində deyilik. Ukraynasız Ukraynada heç nə yoxdur, bu qərar (sülh danışıqları ilə bağlı - red.) Ukrayna tərəfindən verilməlidir”, - ABŞ prezidenti bildirib.

Qeyd edək ki, bir müddət öncə mediada Rusiya və ABŞ arasında Ukrayna ilə bağlı gizli danışıqların aparıldığı barədə məlumatlar yayılıb.

Mənbə: rbc.ua




Ana səhifəyə qayıt        Baxış: 3 035          Tarix: 15-11-2022, 09:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma