Xəbər lenti
Dünən, 19:25

Türkiyənin müdafi naziri Hulusi Akar Fransanın paytaxtı Parisdəki iğtişaşları şərh edib.

“Terrorçulara kömək və dəstək olmağın nə demək olduğunu gördülər. Bunu sübut edən hadisələr buradan uzaqda baş verib. Harada? Parisdə baş verib”, - deyə nazir Suriya ilə sərhəd bölgəsinə ziyarəti zamanı bildirib.

O, vurğulayıb ki, fransızların bəslədiyi ilan artıq özlərini dişləməyə başlayıb.

“Artıq hər kəs bu terror təşkilatının əsl üzünü görməlidir”, - deyə Akar qeyd edib.

Mənbə: Haber Global




Ana səhifəyə qayıt        Baxış: 4 187          Tarix: 25-12-2022, 23:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma