Xəbər lenti

Türkiyə Mərkəzi Seçki Komissiyasının sədri Ahmet Yener seçkinin nəticələri ilə bağlı açıqlama verib.

O bildirib ki, ölkədə seçki qutularının 100 faizi açılıb, ölkədə iştirak 88,92 faiz, xaricdə isə 52,69 faiz təşkil edib.

“Rəcəb Tayyib Ərdoğan 49,51 faiz, Kemal Kılıçdaroğlu 44,88 faiz, Sinan Oğan 5,17 faiz, Muharrem İnce isə 0,44 faiz səs toplayıblar”.

A.Yenerin sözlərinə görə, prezident seçkisində namizədlər kifayət qədər səs toplamadıqlarına görə mayın 28-də seçkinin ikinci turu keçiriləcək.

Oxu.az




Ana səhifəyə qayıt        Baxış: 4 088          Tarix: 15-05-2023, 17:24      

Xəbəri paylaş


Paylaş:   

Prizma