Xəbər lenti

 

İrandakı Yaşıl hərəkatının liderlərindən biri olan Mehdi Kərrubi ürəyində yaranan nasazlığa görə xəstəxanaya yerləşdirilib.

Axar.az xəbər verir ki, bu barədə informasiya Mehdi Kərrubinin oğlu Məhəmmədtağı Kərrubinin Tvitter səhifəsində yerləşdirilib.

O, atasının ev dustağı olduqdan sonra 6 dəfə əməliyyat olunduğunu bildirib:

“Atam həbs edildikdən bu yana 6 dəfə, ürəyindən, gözündən, dizindən, belindən, ayağından və sidik kisəsindən əməliyyat olunub. Atamın halı heç də yaxşı deyil və o, ürəyində yaranmış qəfil nasazlığa görə, bu gün ETTELAAT həkiminin məsləhəti ilə xəstəxanaya yerləşdirilib”.

Qeyd edək ki, 2009-cu ildə İranda hakimiyyətə qarşı Yaşıl hərəkat başlayıb. Hərəkatın əsas liderlərindən biri Mir Hüseyn Müsəvi və Mehdi Kərrubi olub. Milyonlarla gənci öz ətrafında toplamağı bacaran hərəkatın qarşısı hökumət tərəfindən alınıb. Musəvi və Kərrubi sonradan həbs ediliblər. Hər iki siyasətçi ev dustaqlığı şəraitində yaşayırlar.




Ana səhifəyə qayıt        Baxış: 597          Tarix: 25-07-2017, 11:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma