Xəbər lenti

“Son bir həftə ərzində şərq istiqamətində 170 döyüş baş verib. Bununla belə vəziyyət dəyişməz qalıb”.

Bu sözləri Ukrayna müdafiə nazirinin müavini Anna Malyar telemarafonun efirində deyib.

“Kupyansk istiqamətində ötən həftə demək olar ki, hər gün düşmən hücuma keçib və hazırda da orada hücumlar davam edir. Qoşunlarımız orada düşmənin hücumlarını daim dəf edirlər”, - deyə o bildirib.

Onun sözlərinə görə, son bir həftə ərzində Ukrayna Silahlı Qüvvələri ilə düşmən qoşunları arasında 170-dən çox döyüş olub. “Demək olar ki, arasıkəsilməzdir, döyüşlər gecə-gündüz davam edir”, - deyə Malyar qeyd edib.

“Düşmən Kupyansk istiqamətində irəliləməyə çalışdı. Lakin buna müvəffəq olmadı”, - deyə o əlavə edib.

Anna Malyarın sözlərinə görə, rusiyalılar Ukrayna bölmələrini mühüm xətlərdən uzaqlaşdıraraq Oskol çayına doğru sıxışdırmağa çalışırlar və döyüşlər məhz bunun uğrunda aparılır.

Liman istiqamətində rusiyalılar şəhərə çatmağa çalışırlar və orada Serebryansk meşəsi ərazisində döyüşlər gedir. Düşmən irəliləməyə çalışsa da, buna müvəffəq olmayıb.

“Əgər həftənin yekunundan danışsaq, o zaman mövqelər dəyişməz qalıb deyə bilərik. Bu, o deməkdir ki, düşmən bir metr belə irəliləyə bilməyib”, - deyə o vurğulayıb.

Mənbə: RBC-Ukrayna




Ana səhifəyə qayıt        Baxış: 2 636          Tarix: 31-07-2023, 19:22      

Xəbəri paylaş


Paylaş:   

Prizma