Xəbər lenti

 

İyulun 27-də axşam saatlarında Türkiyənin İstanbul şəhərinə şiddətli dolu düşüb.

Axar.az xəbər verir ki, güclü küləklə müşayiət olunan dolu şəhərin əsas nəqliyyat arteriyalarında problemlər yaradıb, avtomobillərə ciddi ziyan vurub. Dəniz səfərləri və bəzi aviareyslər təxirə salınıb. Küçələrdə piyadaların hərəkəti çətinləşib, su basmış iş yerlərindən insanlar xilasedicilər tərəfindən təxliyə olunublar.

Təbii fəlakət İstanbul limanlarından birində yanğına səbəb olub, bəzi tikililərdə dağıntılar baş verib.

***

İstanbula ötən gün axşam saatlarında düşən şiddətli dolu və əsən güclü külək nəticəsində 10 nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, xəsarət alanlardan 2 nəfərinin vəziyyəti ağırdır.

NTV telekanalının xəbərinə görə, Bosfor boğazının altından keçən tunelin fəaliyyətində məhdudiyyətlər yaranıb. Şəhərin “Atatürk” və “Sabiha Gokçen” hava limanlarının işində fasilələr yaranıb, 15-dək təyyarə hava şəraitinin pisləşməsi səbəbindən eniş edə bilmədiyindən ehtiyat aerodromlara yönəldiliblər.

Bundan başqa, şiddətli külək şəhərdə 200-dək ağacı və 5 qaldırıcı kranı aşırıb, 88 binanın dam örtüyünü qoparıb, tramvay xətlərinin elektrik naqillərini qırıb. Küçükçekmece rayonunda minarə uçub, xoşbəxtlikdən xəsarət alan olmayıb.

Meteoroloqlar hava şəraitinin daha da pisləyəcəyini proqnozlaşdırırlar.

Bundan əvvəl iyulun 18-də İstanbulda son 9 ildə ən güclü leysan yağıb.




Ana səhifəyə qayıt        Baxış: 752          Tarix: 28-07-2017, 09:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma