Xəbər lenti

İsrail Müdafiə Ordusu (SAXAL) Livan ərazisindən endirilən raket zərbələrinə cavab verib.

Bu barədə İsrail Müdafiə Ordusunun mətbuat xidməti məlumat yayıb.

Qeyd olunur ki, Təl-Əvivin Beyruta cavabı özünü çox gözlətməyib və Livan ərazisinə zərbələr endirilib.

12:36

Livan ərazisindən İsraillə sərhəddə yerləşən blokpostda tank əleyhinə raket atılıb.

Bu barədə İsrail Müdafiə Ordusu məlumat yayıb.

Hələlik İsrail tərəfinə dəyən zərər və insan itkisi barədə məlumat verilmir.

Xatırladaq ki, təkcə ötən gün Livandan İsrail ərazisinə 14 raket atılıb. İsrailin Hava Hücumundan Müdafiə Qüvvələri dörd raketi uğurla dəf edib. Digər 10 raketin açıq ərazilərə düşdüyü bildirilir.

Mənbə: TASS, The Jerusalem Post




Ana səhifəyə qayıt        Baxış: 2 973          Tarix: 11-10-2023, 13:08      

Xəbəri paylaş


Paylaş:   

Prizma