Xəbər lenti

Biz bu müharibəni bitirəcəyik, daha güclü olduğumuz üçün qalib gələcəyik. Bundan sonra inanın ki, Rusiya bunun bədəlini ödəyəcək.

Bunu İsrailin hakim Likud Partiyasının nümayəndəsi Əmir Veytman Rusiyanı HƏMAS-ı dəstəklədiyinə görə tənqid edərkən deyib.

O, Rusiyanın İsrailin düşmənlərini dəstəklədiyini vurğulayıb:

"Rusiya xalqımıza qarşı soyqırım törətmək istəyən nasistləri dəstəkləyir. Rusiya bədəl ödəyəcək. Mənə çox diqqətlə qulaq asın: biz bu nasistləri bitirəcəyik, bu müharibədə qalib gələcəyik. Bundan sonra sizin etdiklərinizi unutmayacağıq. Biz Ukraynanın qalib gələcəyinə əmin olacağıq. Etdiklərinizin əvəzini ödəyəcəyinizə əmin olacağıq. Bayaq dediyimi yadda saxlayın: bədəlini ödəyəcəksiniz.

Anlamalısınız ki, hər şeyin öz nəticəsi var. İnsanlar yəhudilərin öldürülməsinə dəstək verəndə bunun bədəlini ödəyirlər. Yəhudilərin özlərini müdafiə edə bilmədikləri dövr arxada qaldı”.//Axar.az 




Ana səhifəyə qayıt        Baxış: 3 626          Tarix: 20-10-2023, 09:06      

Xəbəri paylaş


Paylaş:   

Prizma