Xəbər lenti

ABŞ Prezidenti Co Baydenin administrasiyası İsraili Qəzza zolağında genişmiqyaslı quru əməliyyatından imtina etməyə, bunun əvəzində hava qüvvələri və xüsusi təyinatlılardan istifadə etməklə məhdud əməliyyatlara diqqətini cəmləməyə çağırıb.

Bu barədə “Washington Post” amerikalı rəsmilərə istinadən məlumat yayıb.

Məlumata görə, prezident administrasiyası İsraili HƏMAS-ın hədəflərinə və infrastrukturuna dəqiq zərbələr endirməyə çağırır.

Mənbə: TASS




Ana səhifəyə qayıt        Baxış: 2 496          Tarix: 28-10-2023, 09:15      

Xəbəri paylaş


Paylaş:   

Prizma