Koreya Respublikasının, ABŞ-nin hərbi dəniz qüvvələri və Yaponiyanın özünümüdafiə dəniz qüvvələri Koreya yarımadasından cənubdakı sularda amerikan aviadaşıyıcı “Carl Vinson”un iştirakı ilə üçtərəfli təlim keçiriblər.
“Report” xəbər verir ki, bu barədə “Yonhap” agentliyi cənubi koreyalı hərbçilərə istinadən bildirib.
Manevrlər Çecudo adasından cənub-şərqdə gerçəkləşdirilib. Cənubi Koreya tərəfindən “Aegis” sistemi ilə təchiz edilmiş eskadra mina gəmiləri, Yaponiya tərəfindən “Murasame” tipli eskadra gəmiləri qatılıblar. Qeyd olunub ki, tərəflər başqa şeylərlə yanaşı, hava hücumundan müdafiə üzərində işləyiblər.
“Carl Vinson” aviadaşıyıcısının başçılıq etdiyi ilk aviadaşıyıcı qrup noyabrın 21-də Cənubi Koreyanın Busan şəhərinə çatıb. Şənbə günü Koreya Xalq Demokratik Respublikasının (KXDR) Dövlət Şurasının Sədri Kim Çen In ona amerikan gəmilərinin əks olunduğu peyk şəkillərinin göstərildiyi kosmik mərkəzi ziyarət edib. Noyabrın 21-də KXDR ilk kəşfiyyat peyki “Malligön-1”i buraxıb. Peykin buraxılışına cavab olaraq Koreya Respublikası hərbi gərginliyi azaltmaq haqqında Koreyalararası razılaşmanın icrasını qismən dayandırdığını elan edib, KXDR isə bütövlükdə razılaşmaya əməl etmək niyyətində olmadığını açıqlayıb.
Noyabrın 22-də Koreya Respublikasının milli müdafiə naziri Sin Von Sik amerikan aviadaşıyıcını ziyarət edib.
Paylaş: