Əl-Əqsa tufanı əməliyyatının qarşısını ala bilmədiyi üçün tənqid hədəfi olan İsrailin baş naziri Benyamin Netanyahu siyasi həyatının ən çətin dövrünü yaşayır.
Musavat.com xəbər verir ki, bu vəziyyətə diqqət çəkən "Foreign Policy" maraqlı təhlil dərc edib.
ABŞ nəşri "Netanyahu hakimiyyəti necə saxlamağı planlaşdırır?" sualına cavab axtarıb:
"HƏMAS-ın hücumu onun siyasi mövqeyini məhv etdi, lakin Netanyahunun "sağ qalma strategiyası" var".
Məqalədə 10 ilə yaxın Netanyahunun müşaviri işləmiş siyasi şərhçi Aviv Buşinskinin aşağıdakı sözləri yer alıb: “O, hərbi əməliyyatın yaxşı keçəcəyinə ümid edir və zamanın ölkəni sağaldacaq ən yaxşı şey olduğuna inanır”.
"Netanyahu siyasət və müharibə haqqında aksiomadan faydalanır: Müharibə davam edərkən lideri devirmək olmaz. Sağ qalmaqla bağlı narahatlıq Netanyahunu müharibəni strateji baxımdan zəruri olandan daha artıq uzatmağa sövq edə bilər" - bunu isə şərhçi Amnon Abramoviç deyib.
Paylaş: