Xəbər lenti

 

Məşhur rus milyarder və İngilis futbol komandası “Çelsi”nin sahibi Roman Abramoviç İsrail vətəndaşlığını qəbul edib.

Ovqat.com xəbər verir ki, məlumatı “Jerusalem Post”  qəzeti yayıb.

Məlumata görə, Abramoviç İsrail vətəndaşlığını almaq üçün bu gün xüsusi təyyarə İsrailə gəlib və xüsusi təm-təraqla qarşılanıb. Təl-əvivdəki Ben Gurion hava Limanında Abramoviçin qarşısına İsrail Daxili İşlər Nazirliyinin rəsmiləri çıxıb və vətəndaşlıq şəhadətnaməsini ona təqdim ediblər.

Bəzi mətbuat orqanları Rusiya vətəndaşı Abramoviçin Böyük Britaniya vizasını yeniləmək üçün etdiyi müraciət gecikmələr baş verdiyindən İsrail vətəndaşlığına keçmək istədiyi irəli sürülür.

 

“Jerusalem Poçt”-a açqlama verən Abramoviçin bir yaxını bu iddianı redderek milyarderin İsrailə çox bağlı olduğunu və uzun zamandan bəri bu addımı atmağı planlaşdırdığını söyləyib.

Adı açıqlanmayan həmin mənbə Abramoviçin İngiltərəyə viza müraciətinin rədd edildiyi xəbərlərinin həqiqəti əks etdirmədiyini və Rus iş adamının "özəl investor" vizası ilə İngiltərədə yaşadığını bildirib.

Qeyd edək ki, Roman Abramoviçin 19 Mayda Çelsi ilə Mançester United arasında oynanan Federasiya Kuboku final matçında tribunadakı yerini almaması diqqəti cəlb etmişdi.

 İngilis mətbuatı bunu Abramoviçin İngiltərə vizasının bitməsi və yeni vizanı isə hələ almaması ilə əsaslandırmışdı.

---

 

Roman Abramoviç kimdir?

  

Roman Abramoviç 24 oktyabr 1966 ci il Saratovda dünyaya gəlib. İşgüzar mühitdə yaxşı tanınan Abramoviç Çukotsk vilayətinin eks-qubernatorudur.

Roman Abramoviçin valideynləri Komi Respublikasında, Sıktıvkar bölgəsində yaşayıblar. Atası sovet xalq təsərrüfatında işləyib və tikintidə baş verən qəza zamanı vəfat edib. Həmin vaxt Romanın cəmi 4 yaşı var idi, anası isə uşağın bir yaşı olarkən rəhmətə gedib. Romanın tərbiyəsi ilə onun daysı Leyb məşğul olub, ona görə bütün gəncliyini Abromoviç Uxtada keçirib. 1974-cü ildə o, digər dayısının, Moskvada yaşayan Abramın yanına köçür. Orta məktəbi də paytaxtda başa vurur. Daha sonra iki il ərzində Vladimir dairəsinin artilleriya alayında hərbi xidmət keçir.

1983-cü ildə Roman Abramoviç Uxta Sənaye İnstitutuna daxil olur, burada meşə-texniki fakültəsində, nümunəvi adlandırılmayacaq səviyyədə təhsil alır. Savadsızlığına baxmayaraq, bu gənc çox əla təşkilatçılıq bacarıqları ilə seçilir. Baxmayaraq ki, kursda yaş etibarilə hamıdan balaca idi. Yeri gəlmişkən, Roman ali məktəbi başa vura bilmir.

 

80-ci illərdə kiçik biznesə başlayır, əvvəlcə istehsalda özünü sınayır, daha sonra isə ticarət və maklerlik əməliyyatlarına keçir. Qısa müddətdən sonra neft ticarəti onun başlıca ticarət sahəsinə çevrilir. O, sıx şəkildə Boris Berezovskiy və Boris Yelsin ilə münasibət qurmağa başlayır. Deyilənlərə görə, o, «Сибнефть» kompaniyasını əldə edə bilməsini də məhz bu əlaqələrinə borcludur.

1999-cu ildə Abramoviç artıq Dövlət Dumasının №223 saylı Çukot dairəsi üzrə deputatı idi. Yeri gəlmişkən, «Сибнефть»-in neft məhsullarının satışı ilə məşğul olan digər törəmə kompaniyalar məhz Çukot da qeydiyyatdan keçirilib. 2000-ci ildə Roman artıq Dövlət dumasının Yaxın Şərq və Şimal problemləri üzrə komitəsinin üzvü idi. Lakin o, komitəni çox tez tərk edir, Çukot əyalət dairəsinin qubernatoru təyin olunur. Yerli mətbuatın məlumatına əsasən, Abramoviç mütəmadi olaraq regionun inkişafına pul yatırır.

2003-cü ildə Roman Abramoviç 140 milyon funt sterlinqə İngiltərənin “Chelsea” futbol klubunu alır və faktiki olaraq, Böyük Britaniyaya köçür. İki il sonra isə o, «Сибнефть» kompaniyasının səhmlərinin 75,7%-ni Qazproma satır. Daha sonra qubernator postunu tərk etməyə cəhd edir, amma prezidentlə görüşdən sonra fikrini dəyişir. 2005-ci ildə onu yenidən Çukot əyalət dairəsinin başçısı vəzifəsinə təyin edirlər. 2008-ci ildə səlahiyyətlərini öz arzusu ilə vaxtından əvvəl dayandırır. Əvvəl Çukot Dumasının deputatı, daha sonra isə sədri olur.

Göründüyü kimi, onun İngiltərədəki uğurları son günlərə qədər davam edir. Çelsi futbol klubunun sahibi kimi bütün dünyada məşhurlaşır. Komandasının son final yarışında iştirakına izn verilməməsinin Rusiya-İngiltərə münasibətlərinin pisləşməsi dövrünə düşməsi də diqqətdən qaçmamalıdır.

 

Məlum olduğu kimi, Abramoviç Kremlə yaxınlığı ilə tanınır. İki il əvvəl Putinə 35 milyon dollarlıq səyahət gəmisi hədiyyə etməsiylə gündəmə gələn Abramoviç Rusiyada öz biznesini rahatlıqla idarə edən milyarderlərdən biridir və bu ayrıcalıq ingilislərin də gözündən yayınmır. Abramoviçin İngiltərəyə vizasının uzadılmasını şərh edən BBC müxbiri Daniel Sandford sözü ilk baxışdan mövzuyla əlaqəsi olmayan bir məsələyə - iş adamının Rusiyadakı biznes fəaliyyətinə gətirib. Jurnalist, Abramoviçin Rusiyadakı biznes fəaliyyətlərini Kremldən gözlə görülən bir müdaxiləyə məruz qalmadan davam etdirdiyini və bunun da Prezident Vladimir Putinə yaxın biri olduğu təəssüratı yaratdığını söyləyib.

 Görünür, Rusiya ilə İngiltərə arasında yaşanan geopolitik gərginliyin öz şəxsi həyatına təsir edəcəyindən şübhələnən Abramoviç İsrail himayədarlığına keçməyi daha məqsədəuyğun bilib.

Bəs, görəsən, bu addım Rusiyada parlamağa başlayan bir ulduzun sönüşünün başlanğıcıdırmı? Suala ən doğru cavabı zaman verəcək.

Ovqat.com




Ana səhifəyə qayıt        Baxış: 2 722          Tarix: 29-05-2018, 08:03      

Xəbəri paylaş


Paylaş:   

Prizma