Xəbər lenti

 

Türkiyədə benzin və mazutun qiyməti bu gecə yarısından etibarən 0.11(0,05 AZN) lirə yüksələcək.

Ovqat.com İstipres-ə istinadən xəbər verir ki, Ankarada 1 litri orta hesabla 5,12 lirədən satılan benzinin qiyməti 5,23 lirəyə, İstanbulda 5,07 lirədən 5,18 lirəyə, İzmirdə 5,09 lirədən 5,20 lirəyə yüksələcək.

Topdan satış şirkətləri bu artımın elə də böyük olmadığını deyir.

Mazutun qiyməti isə Ankarada 4,48 lirədən 4,59 lirəyə, İstanbulda 4,44 lirədən 4,55 lirəyə, İzmirdə 4,47 lirədən 4,58 lirəyə qədər artacaq.

Xatırladaq ki, benzinin qiyməti sonuncu dəfə 5 iyulda 0.13 lirə (0,06 AZN) , mazut isə 6 iyulda 0.11 lirə (0,05 AZN) artmışdı.




Ana səhifəyə qayıt        Baxış: 772          Tarix: 31-07-2017, 22:26      

Xəbəri paylaş


Paylaş:   

Prizma