Xəbər lenti

Macarıstan digər Avropa ölkələri, o cümlədən qitənin şərqindəki dövlətlər üçün Rusiyadan təhlükə görmür və hesab edir ki, onların təhlükəsizliyi NATO-da iştirakla təmin edilir.

“Report” xəbər verir ki, bunu Macarıstanın xarici işlər və xarici iqtisadi əlaqələr naziri Peter Siyarto “LCI” telekanalına müsahibəsində deyib.

"Ukrayna münaqişəsi fonunda Rusiyanın digər Avropa ölkələrinə hücum edəcəyindən qorxursanmı" sualına nazir belə cavab verib:

"Avropa Birliyindəki ölkələrin əksəriyyəti, o cümlədən şərq cinahda yerləşən ölkələr NATO üzvüdür. Mən Rusiyanın heç bir NATO üzvünə hücum edəcəyini düşünmürəm, çünki NATO dünyanın ən güclü müdafiə ittifaqıdır".

Nazir xatırladıb ki, Şimali Atlantika Müqaviləsinin 5-ci maddəsinə əsasən, onun NATO üzvlərindən birinə edilən istənilən hücum bütün alyansa hücum hesab edilir.




Ana səhifəyə qayıt        Baxış: 3 348          Tarix: 17-12-2023, 17:30      

Xəbəri paylaş


Paylaş:   

Prizma