Xəbər lenti

Rusiyanın Tehrandakı müvəqqəti işlər vəkili Mərakeşdə keçirilən Rusiya-Ərəb Əməkdaşlıq Forumunun VI sessiyasının iştirakçılarının yekun bəyanatı ilə əlaqədar İran Xarici İşlər Nazirliyinə çağırılıb.

Axar.az xəbər verir ki, bu barədə İranın Xarici İşlər Nazirliyi məlumat yayıb.

İran XİN ölkənin Fars körfəzindəki üç ada üzərində daimi suverenliyini təsdiqləyib və vurğulayıb ki, İran hökuməti bununla bağlı hər hansı bir tərəfin istənilən iddiasını qəbuledilməz hesab edir.

Qeyd edək ki, Körfəzdə yerləşən Kiçik Tunb, Böyük Tunb və Əbu Musa adalarını BƏƏ özününkü sayır və Rusiya ilk dəfə deyil ki, bu məsələdə BƏƏ-yə dəstək verir.

Bundan öncə İran XİN rəhbəri Hüseyn Əmir Abdullahian da rusiyalı həmkarı Sergey Lavrova bu mövzuda etirazını bildirmişdi.




Ana səhifəyə qayıt        Baxış: 4 449          Tarix: 24-12-2023, 20:27      

Xəbəri paylaş


Paylaş:   

Prizma