Xəbər lenti

İsrail Suriyanın Dəməşq Beynəlxalq Hava Limanına aviazərbələr endirib.

Modern.az xəbər verir ki, bu barədə "Əl-Ərəbiyyə" kanalı məlumat yayıb.

Zərbələr nəticəsində İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) 11 üzvü həlak olub.

Telekanalın məlumatına görə, ölən silahlılar yüksək rütbəli nümayəndə heyətini qarşılamaq üçün hava limanına gəliblər.

Ölən SEPAH üzvləri Suriyanın şərqində İranın dəstəklədiyi qüvvələrə nəzarət edirdi.

Qeyd edək ki, dekabrın 25-də İran İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) yüksək rütbəli generalı, uzun illər Suriyada hərbi müşavir vəzifəsində çalışmış Seyid Razi Musəvi Dəməşqdə endirilən zərbə nəticəsində öldürülüb. Zərbəni İsrail Hərbi Hava Qüvvələri həyata keçirib. SEPAH İsraildən qisas alacağına söz verib.




Ana səhifəyə qayıt        Baxış: 2 670          Tarix: 29-12-2023, 21:51      

Xəbəri paylaş


Paylaş:   

Prizma