Xəbər lenti

“Serbiyada inqilab və ya hakimiyyətin zorakılıqla ələ keçirilməsi mümkün deyil və dekabrın 30-da bəzi seçki məntəqələrində təkrar səsvermənin nəticələrinə görə ölkə xalqı hakim koalisiyaya dəstəyini açıq şəkildə ifadə edib”.

Bunu Serbiya prezidenti Aleksandr Vuçiç deyib.

“İnqilablar olmayacaq, hakimiyyətin zorakılıqla ələ keçirilməsi olmayacaq. Xalq kimi dəstəklədiyini açıq şəkildə bəyan edib. Bu, əsas əhəmiyyət kəsb edir”, - Vuçiç vurğulayıb.

Serbiyada dekabrın 17-də növbədənkənar parlament və bələdiyyə seçkiləri keçirilib. İkinci yerdə qərarlaşan müxalif Serbiya Zorakılığa Qarşı blokun nümayəndələri səsvermənin nəticələrinin saxtalaşdırıldığını iddia ediblər.

Dekabrın 18-də müxalifət Belqradda Respublika Seçki Komissiyasının binası yaxınlığında silsilə mitinqlərə başlayıb və dekabrın 24-də paytaxt administrasiyasına basqın etməyə cəhd edib.

İğtişaşlar polis tərəfindən yatırılıb, 38 nəfər saxlanılıb, yeddi nəfər günahını etiraf edib. Vuçiç Belqrad administrasiyasını ələ keçirmək cəhdini ölkənin suverenliyinə qəsd adlandırıb.

Oxu.az




Ana səhifəyə qayıt        Baxış: 2 792          Tarix: 31-12-2023, 14:41      

Xəbəri paylaş


Paylaş:   

Prizma