Xəbər lenti

Ermənistan Baş naziri Nikol Paşinyanın həyat yoldaşı Anna Akopyan deyib ki, hazırda ölkəsində 11 milli azlıq təşkil edən xalqın nümayəndəsi yaşayır.

Modern.az xəbər verir ki, Anna Akopyan bunu İrəvanda diplomatlar üçün təşkil olunan Yeni il mərasimindəki çıxışı zamanı deyib.

Lakin xanım Akopyan Ermənistanda milli azlıq təşkil edən xalqların adlarını sadalamayıb. Bu isə onun yalan danışdığına bir işarədir.

Qeyd edək ki, Paşinyanın həyat yoldaşının təşkil etdiyi bayram mərasimində İrəvanda fəaliyyət göstərən 17 ölkənin nümayəndəliyindən diplomatlar iştirak edib.

Ermənistan dünyadakı az sayda monoetnik dövlətlərdən biridir. Belə ölkə əhalisinin 99,9 faizini ermənilər, çox az qismini isə ruslar və yezidi kürdlər təşkil edir.




Ana səhifəyə qayıt        Baxış: 3 103          Tarix: 1-01-2024, 18:36      

Xəbəri paylaş


Paylaş:   

Prizma