İllərdir erməni diasporu və lobbisinin istəyi ilə Ermənistana bu və ya digər formada dəstək verən Qərb hazırda işğalçı dövlətdən imtina edir. Ermənistan mediası və erməni lobbisinə yaxın olan bir sıra Qərb KİV-i bunu Serj Sarkisyan hakimiyyətinin Rusiyanın xaltasını boynunda gəzdirməyi ilə izah etməyə çalışsa da, terrror üzərində qurulan erməni dövləti haqda faktlar gerçək səbəblərin təkcə siyasi oriyentasiya ilə yekunlşamadığını göstərir. Məsələnin kökündə dayanan ana səbəb terrordur.
Erməni terrorunun kökləri tarixə dayanır. Hələ XIX əsrin sonlarında yaradılan "Hnçak", "Daşnaksütyun", "Armenakan" kimi erməni terror təşkilatları tarixə adlarını alçaq hücumları ilə yazdırıb. Həmin dövrdən başlayaraq, ermənilər üçün əsas vasitə terror olub. 1975-ci ildə yaradılan ASALA terror təşkilatı Avropada türk diplomatlarına hücum edirdi, 1979-cu ildə "Erməni Milli Birlik Partiyası" adlı terror təşkilatı isə SSRİ-ni parçalamağı hədəf seçmişdi. Rusiyada ilk terror aktını da məhz ermənilərin bu terror təşkilatı həyata keçirib. Erməni terrorunun azərbaycanlılara qarşı son 100 ildə törətdiyi aktlar bütün dünyaya məlumdur. Vaxtilə Fətəli xan Xoyskini Tiflisdə qətlə yetirən ermənilər XX əsrin sonlarında Dağlıq Qarabağda bu terroru davam etdirdi. Daha sonra ermənilər Bakı metrosunda terror aktı həyata keçirdilər. (http://publika.az/news/nida_xeber/204759.html).
Lakin erməni terrorunun hədəfi təkcə Azərbaycan və Türkiyə yox, Rusiya, İran, bu gün isə Avopa ölkələridir. Ermənilər 1988-91-ci illərdə Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin ikinci katibi olmuş Viktor Polyaniçkonu 1993-cü ildə Şimali Osetiyada qətlə yetirdi (Tomas de Vall - Qara bağ: müharibə və sülh arasında). Ermənistanı Rusiya Dövlət Dumasındakı çıxışında ifşa edən general Lev Roxlının 1998-ci ildə müəmmalı qətlinin arxasında da ermənilərin dayandığına dair kifayət qədər faktlar var.
Terror üzərində qurulan Ermənistan hazırda terrorçular üçün Avropaya tranzit rolunu oynayır. Qərbin Ermənistandan imtina etməsinin, son dövrlər ABŞ-da erməni diasporu və lobbisinin Ağ Evdə qəbul edilməməsinin səbəbləri də buradan qaynaqlanır.
Buşa atılan qumbara və erməni terroru
2004-cü il, 10 may: ABŞ-ın ovaxtkı prezidenti Corc Buş Saakaşvilinin yenicə hakimiyyətə gəldiyi Gürcüstana səfər etdi. Cənubi Qafqazın bu kiçik ölkəsinin Azadlıq meydanında çıxış edən super dövlətin liderinə əl qumbarası ilə hücuma cəhd edildi. Buş hücumdan sağ çıxdı, terrorun arxasından çıxan ad isə maraqlı idi: Vladimir Arutunyan. Artunyanın əlinə qumbara alaraq, terrora cəhd etməsi erməni terrorunun tarixi ənənələrinin günümüzə qədər gəlib çıxması fonunda təəcüblü olmasa da, onun sonradan dinini dəyişməsi düşündürücü idi. Artunyan məhkəmə prosesində İslam dinini "qəbul etdiyini" elan etmişdi. Xristianlıqdan da uzaq olan qriqoryanlığa mənsub erməninin terrordan sonra İslamı qəbul etməsi nə qədər təsadüfi ola bilərdi?
2013-cü il, Boston terroru: Amerikalılar Bostonda çıxdıqları marafonda qanlarına qəltan edildi və hücum edən Tsarnayev qardaşlarının əslən Dağıstandan olması terror hücumlarında "sıradan detal" olaraq qəbul edilə bilərdi. Lakin həmin ilin 26 aprelində Tsarnayevlərin valideynlərinin mətbuat konfransında dedikləri sözlər diqqətləri yenidən erməni terrorunun üzərində yönəltdi."Övladlarımızı Mişa adlı kişi daha dindar olmağa ilhamlandırıb. O, Azərbaycandan mühacir etmiş etnik ermənidir. O, İslamı qəbul etmişdi". - Tsarnayevlər deyir. (http://www.bbc.com/azeri/azerbaijan/2013/04/130426_tsarnayevs_armenian-azeri_relation).
Corc Buşa qarşı hücum və Bostonda amerikalıların qanlarında boğulması hadisələri sübut edir ki, Qərbdə İslam adına törədilən terrorların arxasında belə ermənilər dayanır. Təbii ki, Qərbin illərdir qoynunda bəslədiyi erməni diasporu da bu hücumların əsas rejisssoru ola bilər. Xüsusilə son dövrlər Şərqdən Avropaya gedən mühacir axınına qoşularaq, "Köhnə Qitə"yə keçməyə çalışan terrorçular arasında erməni vətəndaşlarının çoxluğu da diqqət çəkir. Belə ki, dəfələrlə Yunanıstandan Avropaya sızmaq istəyərkən saxlanılan terrorçuların Ermənistan vətəndaşları olduğu ortaya çıxıb. Məlum olub ki, bu şəxslər Ermənistan vətəndaşı olan yezidi kürdləri - PKK terrorçularıdır.
Ermənistan PKK və İŞİD üzvü olan, həmçinin, Əfqanıstandan olan terrorçuları işğal etdikləri Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə yerləşdirir. Məlumatlara görə, ötən ilin "aprel döyüşləri"ndə məğlub olan Ermənisan Əfqanıstandan 8 min terrorçunu Qarabağa gətirib. İrəvan rejimi terrorçulara Qarabağda 5 il döyüşəcəkləri təqdirdə Avropa ölkələrinə viza verəcəyi ilə bağlı vədlər verir. PKK, İŞİD və əfqan terrorçular Göyçə gölünün yaxınlığındakı Vardenes düşərgəsində təlim keçir, daha sonra Azərbaycanla döyüşdə erməni hərbi birləşmələrinə yardım edir, eləcə də Türkiyə, Rusiya və Avropa ölkələlərinə göndərilir.
PKK terrorçularının Qarabağa gəldiyini sübut edən görüntülər: https://www.youtube.com/watch?v=XDpKEj7oTCE
Beynəlxalq Əsilsiz Erməni İddiaları ilə Mübarizə Dərnəyinin (ASİMDER) rəhbəri Göksel Gülbey isə deyir ki, PKK terrorçularının işğal edilmiş Dağlıq Qarabağda 12 təlim düşərgəsi mövcuddur. (http://publika.az/news/nida_xeber/207449.html).
Bu ilin iyun ayında Tehranda Xomeyni türbəsi və parlament binasına terror hücumlarını həyata keçirən İŞİD üzvlərinin də məhz Ermənistandan gəldiyi deyilir.
İyunun 30-da isə Parisdə terror aktı törətməyə cəhd edən İŞİD üzvü də erməni əsilli idi. (http://www.bbc.com/azeri/international-40454973). İŞİD üzvü olan daha bir erməni avqustun 19-da Rusiyanın Surqut şəhərində insanlara hücum edərək, 8 nəfərə xəsarət yetirib. Diqqət çəkən detallardan biri də, Ermənistanın ən çox qucaq açdığı terrorçuların yezidi kürdləri olmasıdır. Burada PKK-Ermənistan ittifaqı, ermənilərin türklərə qarşı xain planları və digər səbəblərlə yanaşı, prezident Serj Sarkisyanın tərcümeyi-halı da rol oynayır.
Qaraçının bic balası
Bir müddət öncə Ermənistan prezidenti Serj Sarkisyanın komsomol biletinin fotosu sosial şəbəkələrdə yayıldı və müzakirələrə səbəb oldu. N 12000631 saylı komsomol bileti Sarkisyana 1982-ci ildə verilib. Biletdə 1954-cü ildə doğulan Sərkisyanın adı Serjik olaraq göstərilib, “atasının adı” qrafası isə boş buraxılıb. Bununla yanaşı, Xankəndində doğulan Sarkisyanın doğulduğu yerin Ağdam göstərilməsi və onun komsomol biletini SSRİ-də qaydalara uyğun olaraq 14 yaşında yox, 28 yaşında alması müəmmalarını daha da artırır.
“Exo Moskva” radiosunun baş redaktoru Aleksey Venediktovun "48 dəqiqə" verilişinin 2009-cu il 22 aprel tarixli buraxılışında açıqladığı faktlar Serj Sarkisyanın kimliyini ortaya çıxarır: Ermənistan prezidentinin əsil adı Serj yox, Serjikdir. Anası yezididir və qaraçı ailəsində xidmətçi işləyərkən, Serjikə hamilə qalıb. Əsil atasının kimliyi indiyə qədər məlum deyil, o, soyadını atalığından götürüb.
Venediktov Levon adlı şəxsin SMS-ni oxumuşdu. Orda yazılmışdı: “Əvvəla, Serj yox, Serjik. O, Ermənistanın prezidenti deyil, heç mənşəcə erməni də deyil, qaraçıdır, hakimiyyəti isə qəsb edib. Diktator və ondan da artığıdır. Sarkisyan bir çox Qarabağ qəhramanlarının qatilidir. Onun Monte Melkonyanın da qətlində əli olduğu bildirilir. Ola bilsin ki, Melkonyanı şəxsən kürəyindən güllələyib”.
Daha sonra Venediktov digər məqama diqqət çəkib: “Sarkisyan 1954-cü il 30 iyunda anadan olub. Atası İrəvan əsillidir, repressiya olunub. Görünür, o, Xankəndində gizlənirmiş və buna görə də Serjik ata adını komsomol biletində göstərməyib”.
Daha sonra Serjikin komsomolla yolu ayrılıb. Venediktov sözügedən müsahibəsində deyir ki, Sarkisyan Xankəndi şəhər komsomol komitəsinin katibi işləyib, ikinci katibi isə Robert Köçəryan olub. Daha sonra Sarkisyan Kommunist Partiyası Dağlıq Qarabağ vilayət komitəsi birinci katibinin köməkçisi kimi çalışıb.
Yevlax, Ağdam və Xankəndində "adi toxucu" işləmiş Nora mərhum əri Azat Sarkisyandan danışmağı çox sevir:
"Dəmirçi idi, zəhmətkeş, sadə, qürurlu insandı. Məni çox sevirdi. Övladlarım isə bir dərdləri olan kimi yanıma qaçırdılar. Atalarından məsləhəti sonra alardılar. Üç oğlum həmişə sözlərimə qulaq asıblar".
Lakin o, oğullarının gerçək atasının Azat Sarkisyan yox, Xankəndidə yaşamış və sonra da çox müəmmalı şəkildə ölən Roman adlı qaraçı olması barədə iddiaları cavablamır. Əslində, erməni jurnalistlər mərhum Romanla bağlı sual verməyə cəsarət də etmirlər. Qarabağlı ermənilər isə deyirlər ki, Serj, Levon və Aleksandr Sarkisyanların gerçək ataları dəmirçi işləmiş Azat Sarkisyan yox, 37 yaşında ölən qaraçı Romandır.
Levon Sarkisyanın arvadı Avriqanın isə yezidi əsilli olduğu, amma bunun Ermənistan mediasının və hakimiyyətinin nədənsə ciddi-cəhdlə gizlətdiyi iddia olunur.
Lakin Ermənistandakı xəstə mühit qaraçı və yezidi olmağı qəbahət bilir ki, bu da bioloji şovinizm və irqçiliklə yanaşı, ifrata varmış natamamlıq kompleksinin təzahüründən başqa bir məsələ deyil.
Azərbaycandan fərqli olaraq, Ermənistanda fərqli etnik mənsubiyyətə ifrat dözümsüzlük var. Boşalar və ya erməni qaraçıları - qaraçı xalqının ən hüquqsuz subetnik icması sayılır, onlar ermənidən daha çox erməni kimi görünmək xatirinə erməni ad və familiyaları götürür, mümkün qədər öz mənsubiyyətlərini gizlədir, özlərini qızğın qriqorian təəssübkeşi kimi təqdim edirlər. Amma antroplogiyalarındakı uzaq Hindistanın açıq-aydın izləri onların gerçək kimliyini dərhal biruzə verir.
Faktlar bu gün PKK terrorçularının Azərbaycanın işğal edilmiş ərazilərinə yerləşdirilməsinin səbəblərini gün üzünə çıxarır. Təsadüfi deyil ki, bu gün Ermənistan Şimali İraq Kürd Muxtariyyəti ilə sıx diplomatik əlaqələr saxlayır və bu əlaqələri Sarkisyanın qardaşı Levon Sarkisyan qurur. (http://www.politrus.com/2015/03/23/erevan-erbil/).
Sarkisyanın köklü ermənilərə nifrət etməsinin də səbəbi onun qarışıq qanından və bəlli olmayan kimliyindən irəli gəlir.
1998-ci ildə Levon Ter-Petrosyanı devirərək hakimiyyətə gələn Robert-Serj ittifaqı Ermənistanı məhvə doğru sürüklədi. Robert Koçaryan hakimiyyətdə qalmaq üçün Dağlıq Qarabağ münaqişəsindən istifadə edirdi, eyni metod Sarkisyan tərəfindən də istifadə edilir.
Ac qalan ermənilər
Hazırda Ermənistan iqtisadiyyatı ən çətin dövrünü yaşayır. İnsanlar kütləvi şəkildə ölkəni tərk edirlər. Serj Sərkisyanın hakimiyyəti dövründə (2008-2017) ölkə əhalisi 250 min nəfərdən də çox azalıb. Ermənistanın Milli Statistika Komitəsinin 2008-ci il yanvarın 1-ə olan məlumatına görə, erməni əhalisinin sayı 3 milyon 230 min nəfər, 2017-ci ilin iyulun 1-də isə 2 milyon 979 min nəfər olub. Bu son 9 ildə hər il təxminən 28 min nəfər azalma deməkdir. Təbii ki, bunun rəsmi statistika olduğu da unudulmamalıdır.
Komitənin bu il açıqladığı rəqəmlərdə o da qeyd olunur ki, son bir ildə 15200 erməni "yoxa çıxıb", doğum sayı isə 6,6 faiz azalıb. (http://publika.az/news/dunya/208174.html).
Rusiyanın “Moskovskaya komsomolskaya” nəşrinin müxbiri Artur Avakovun bu ilin mayında İrəvandan hazırladığı reportaj isə ermənilərin acınacaqlı vəziyyətini tam çılpaqlığı ilə açıqlayır. Avakov yazır:
"“Zvartnos” hava limanından şəhərin məkəzinə gedəndə yolboyu atılmış sellofan paketlər, siqaret qutuları, boş butulkalar addımbaşı yerə səpilib. Yol kənarında köhnəlmiş daxmalar, SSRİ-nin dağılmasından sonra qalmış xarabalıqlar “göz oxşayır”. Bu qış Ermənistanda çox sərt keçdi. Termometr mənfi 25 dərəcəyə qədər düşdü, şaxtada insanlar sözün əsil mənasında, buz bağlayırdı. Yerli sakinlər danışır ki, qışda hər kəs “Yaza qədər heç birimiz sağ çıxmayacağıq” deyə bildirirdilər, şəhər ölülər məskənini xatırladırdı. Çoxları inanır ki, İrəvan qəzəbli ruhlar tərəfindən lənətlənib. Nə qədər qəribə görünsə də, bu, sağ qalmağa çalışanların düşüncəsidir. İrəvanın mərkəzində kədərli dilənçilər addımbaşı insanın qarşısına çıxır. Ən pisi odur ki, onlar kənarda sakit oturub dilənmirlər, adamdan zorla pul tələb edirlər. Ermənistandakı ümumi mənzərəni belə xarakterizə etmək olar: kiçik qrup zəngin insanlar və yoxsulluq, səfalət içində yaşayan çoxluq. Misal üçün, Ermənistanda 9 gün qaldığım (Artur Abakov) “Turist” mehmanxanasında bir neçə xarici maşın gözə dəydi, lakin iki sovet avtobusunun korteji daha çox diqqət çəkirdi. Hansı ki, bu avtobusların sonuncu buraxılışı 1985-ci ildə olmuşdu. Ermənistanda orta maaş rəsmi rəqəmlərə görə, 185 min dramdır. Lakin reallıqda çox az adam bu pulu alır, əksəriyyətin maaşı isə bunun yarısı qədərdir. Digər rəsmi rəqəmlərə görə, pensiyaçı 41 min dram alır. Halbuki, qışda İrəvan sakinləri təkcə təbii qaza 60 min dram pul ödəyirlər. Belə sual yaranır: axı onlar necə sağ qalırlar? Qohumların xaricdən göndərdiyi pulun hesabına. Cavab budur. Xaricdən göndərilən hansısa yardım pulları qurtuluş deyil, bu, respublikanın lənətidir. Rubllar, dollarlar, avrolar insanları acından ölməməkdən xilas etsə də, bu, onları inkişaf stimulundan məhrum edir. Tez-tez valideynlər öz övladlarını xaricə iş dalınca göndərir. Əlbəttə, çoxları bu vəziyyətlə barışmır, lakin etiraz etmək də mümkün deyil. İrəvanda yoxsulların yeganə çıxış yolu Kiyev körpüsüdür: hər il onlarla insan bu körpüdən atılaraq özünü öldürür, bir o qədəri də intihara cəhd edir. Ermənistanın Fövqəladə Hallar Nazirliyinin rəsmi məlumatına görə, 2014-cü ildə 155 insan Kiyev körpüsündən atılaraq intihar edib. 2015-ci ildə bu rəqəm 195, 2016-cı ildə isə 197 olub. Müqayisə üçün, “aprel müharibəsi”ndə ölənlər haqda rəsmi məlumatı göstərmək olar: 106". (http://publika.az/news/dunya/199814.html).
Sarkisyanın varidatı
Lakin ermənilərin səfaləti üzərində Serj Sarkisyan özünə krallar kimi həyat qurması faktlarla sübut olunur. Ermənistan mediasının açıqladığı faktlar Sarkisyanın biznes imperiyasının hüdudlarını təsəvvür etməkdə çətinlik yaradır.
- O, vaxtilə Podmoskovyedə zavodları sahib idi. Lakin prezident olandan bir müddət sonra zavodları satıb. Pulunu ABŞ-da ipoteka və mənzil bazarına qoyub. Bu pullara qardaşı Saşik Sarkisyan nəzarət edir. Həmçinin, Sarkisyana pullarını ABŞ bazarında dövriyyəyə buraxmağa ABŞ-ın Ermənistanda səfiri Mari Yovanoviç və Jon Xeffern də kömək edib.
Məlumatlara görə, Sarkiyan hazırda bütün iri kompaniyalara haqq qoyub. İri şirkətlərin pay bölgüsü 40/60 nisbətinədir. S.Sarkisyanın payı 40% , qalan 60% vergi ilə birlikdə şirkət sahibinindir. Ermənistan prezidenti iddia edir ki, guya bu 40%-dan silah almaq üçün rüşvət verir. Sarkisyanın əlavə pul dövriyyəsi də mövcuddur. Burada Vatikanda bir qrup adam, ukraynalı nazir Avakov və rusiyalı milyarder Ruben Vardanyan (Ameriabank) iştirak edir. Bu sxemin sahibi Sarkisyanın kürəkəni, Vatikandakı səfir Mikael Minasyandır.
Qumarbaz prezident
Sarkisyanın qumar xəstəliyinin olduğu artıq Avropada da məşhurdur. Hələ Avropa Şurası Parlament Assambleyasının payız sessiyalarının birində Sarkisyan çıxış edərkən, erməni deputat Zaruhi Postancyan ona "qumar oyunları" ilə bağlı sual ünvanlayıb. Sarkisyan bu sualdan nə qədər yayınmağa çalışsa da, qumar oynamadığını sübut edə bilməyib.
İddialara görə, hətta Rusiya prezidenti Vladimir Putin Sarkisyana qumar hərisliyini xatırladıb. "İş ondadır ki, Rusiya prezidenti Putinlə son görüş zamanı Kreml başçısı Sərkisyana onun qumar oyunlarına sevgisi barədə işarə edib. Ardınca Sərkisyan Gömrük İttifaqına qoşulmaq haqda qərar qəbul edib. Bundan duyuq düşən avropalılar isə onlara atan Sərkisyana Postancyan vasitəsilə dərs vermək istəyiblər – kazino söhbətini ortaya atmaqla”, - "Aravot" qəzeti yazır. (http://www.bbc.com/azeri/azerbaijan/2013/10/131002_sargsyan_pace_speech).
Qumarbazların hakimiyyəti
Ermənistanda nəşr olunan "Corrord Inknishkhanutyun" qəzeti isə Sərkisyan hakimiyyətini qumarbazlıqda ittiham edib. Qəzet yazır ki, Ermənistan hakimiyyətində qumarbazlıq daha geniş yayılıb və onları şüurlu şəkildə həyata keçirirlər. "Məhz buna görədir ki, Sevan (Göyçə), Saxadzor və Cermukda qumarxanalar yaradılıb. Halbuki Sərkisyan hakimiyyətə gəlməmişdən əvvəl gənclərə əxlaq öyrədəcəkləri və dəyərləri qoruyacaqları barədə pafoslu çıxışlar edirdi. Ermənistan hakimiyyəti dünyada nə qədər "gözəl" işlər varsa, onları təbliğ etməklə məşğuldur. Məsələn, alkoqollu içkilər, siqaret, porno, qumar və s. Bundan artığını onlardan gözləməyə dəyərmi?". (https://news.milli.az/politics/15920.html).
Rita Sarkisyanın 200 dollarlıq alt paltarı
Sarkisyanın arvadı Rita da lüks həyatı ilə məşhurdur. Rita Sarkisyan Ermənistan Fonduna rəhbərlik edir və bu fond Sarkisyan ailəsinin gəlir mənbələrindən biridir. Lakin ermənilər Rita Sarkisyanın "humanist" layihələrinə inanmır. Xüsusilə onun 200 dollara "alt paltarı" alması Ermənistanda böyük qalmaqala səbəb olmuşdu. Məlumatlara görə, Rita bu qalmaqaldan sonra paltarlarını xaricdən gətirtməyə başlayıb. (http://vesti.az/news/225195).
Serj Sarkisyanın biznes imperiyasını idarə edənlərdən arasında onun iki qardaşı - Levon və Aleksandr (Saşika) Sarkisyan da var.
Levon Sarkisyan xüsusi tapşırıqlar üzrə səfirdir və erməni diasporundan gələn ianələrin mənimsənilməsi, eləcə də Sarkisyanın xarici ölkələrə yatırdığı pulları idarə edir. (https://lenta.ru/news/2010/03/11/levon/).
Aleksandr Sarkisyan isə Ermənistanda ən varlı oliqarxlardan biridir. Ona məxsus "Qlendel Xills" inşaat şirkəti Ermənistanda dövlət sifarişləri də daxil olmaqla əsas tikinti işlərini aparır. Saşik həmçinin, Serj Sarkisyanın mafia liderləri ilə əlaqələrini yaradır. (http://vesti.az/news/104673/D09AD0B0D0BA_D0B2D0BED0B4D0B8D182D0B5D0BBD18C_D0B8D0B7_D09AD0B0D180D0B0D0B1D0B0D185D0B0_D181D182D0B0D0BB_D181D0B0D0BCD18BD0BC_D0B1D0BED0B3D0B0D182D18BD0BC_D187D0B5D0BBD0BED0B2D0B5D0BAD0BED0BC_D090D180D0BCD0B5D0BDD0B8D0B8).
Serj Sarkisyanın qızları - Anuş və Satenikin də lüks həyat sürdükləri, xüsusilə Avropa ölkələrində yaşadıqları deyilir. Ermənistan prezidentinin ailə biznesinə terrordan qazanılan pullarla yanaşı, insan alveri və orqan ticarəti də daxildir. ASİMDER rəhbəri Göksel Gülbey deyir ki, Qarabağ müharibəsində ermənilərin əsir götürdüyü azərbaycanlıların orqanları çıxarılaraq, orqan mafiyası vasitəsilə Avropada satılır. Bu işi isə Sarkisyanın qardaşı Sajik həyata keçirir.
Uşaq qatili, əlləri qana bulaşmış, Xocalıda azərbaycanlıları soyqırıma məruz qoyduğunu açıq şəkildə etiraf edən və bundan qürur duyduğunu gizlətməyən Sarkisyanın terror, narkotika, insan alveri, orqan ticarəti kimi "biznes sektorları"ında "uğur qazanması" o qədər də təəccüblü deyil. Öz xalqının belə qənimi olan Ermənistan prezidentindən nəsə yaxşı şey gözləmək də sadəlövhlük olardı. Görünür, artıq Qərb də sadəlövh olmaqdan əl çəkir və qəti şəkildə Ermənistandan imtina edir.
Asif Nərimanlı
Paylaş: