Xəbər lenti

Norveç hökuməti öz şirkətlərinə Ukraynaya birbaşa silah satmağa icazə verib.

Musavat.com xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Norveç Nazirlər Kabinetinin açıqlamasında deyilir:

"Norveç hökuməti Norveç müdafiə sənayesindən Ukraynanın hərbi strukturlarına silah və müdafiə məhsullarının birbaşa satışına icazə vermək qərarına gəlib".

Bu o deməkdir ki, Norveç şirkətləri ixraca icazə almaq üçün ölkənin Xarici İşlər Nazirliyinə müraciət edə bilərlər.

Eyni zamanda, bildirilib ki, Norveç parlamentin 1959-cu ildə qəbul etdiyi müharibə təhlükəsi olan ərazilərə silahların verilməməsi ilə bağlı qərarına əməl etməyə davam edəcək.

Norveçin xarici işlər naziri qeyd edib ki, bu icazə ölkənin və onun müttəfiqlərinin düşdüyü fövqəladə vəziyyətə görə verilib.




Ana səhifəyə qayıt        Baxış: 2 776          Tarix: 2-01-2024, 09:12      

Xəbəri paylaş


Paylaş:   

Prizma