Xəbər lenti

NATO Hərbi Komitəsinin sədri, admiral Rob Bauer Alyans Silahlı Qüvvələrinin artıq Rusiya ilə müharibəyə başlamağa hazır olduğunu açıqlayıb.

“Report” “Sky nuys”a istinadən xəbər verir ki, o, Qərb ölkələrindəki mülki əhalini də Rusiya ilə geniş silahlı toqquşmaya hazır olmağa çağırıb.

“Biz sülh vəziyyətində olduğumuza görə hazırlaşa bilirik. Amma məsələ daha ciddidir. Mülki əhali də müharibəyə hazır olmalıdır”, - NATO Hərbi Komitəsinin sədri vurğulayıb.

Admiralın fikrincə, İsveç bu ayın əvvəlində əhalisini müharibəyə hazırlaşmağa çağırmaqla düzgün iş görüb.

Qeyd edək ki, NATO gələn həftə ən böyük təlimini keçirəcək. “Steadfast Defender2024” manevrlərdə 90 minə yaxın hərbçi iştirak edəcək. Hərbi təlimlərin məqsədi Rusiyanı çəkindirməkdir.

NATO rəsmisinin xəbərdarlığı Soyuq Müharibədən bəri Alyansın ən böyük təlimlərinin başlaması ərəfəsinə təsadüf edir.




Ana səhifəyə qayıt        Baxış: 3 137          Tarix: 19-01-2024, 11:40      

Xəbəri paylaş


Paylaş:   

Prizma