Xəbər lenti

Rusiyanın maksimalist məqsədləri Ukraynada yeni ərazilərin işğalını istisna etmir.

“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun hesabatında yazılıb.

Bildirilib ki, istənilən atəşkəs Rusiyanın xeyrinə olacaq: “Bu, Moskvaya fayda verəcək. Rusiyaya maksimalist məqsədlərinə nail olmaq üçün və Ukraynada gələcək ərazi zəbtinə nail olmaq üçün yeni imkanlar yaradacaq”.

Qeyd olunub ki, Kreml NATO-nun genişlənməsini və Ukraynanın müstəqil, suveren dövlət kimi mövcudluğunu Rusiyanın təhlükəsizliyi üçün təhdid kimi görür.

Xatırladaq ki, Rusiya ilə Ukrayna arasında müharibə 2022-ci il fevralın 24-də başlayıb. Ukrayna ötən ilin iyunundan əks-hücum əməliyyatları keçirir. Rəsmi Kiyevin mövqeyinə görə, Ukraynanın ərazi bütövlüyü tam təmin olunmadan müharibə başa çatmayacaq. Ukrayna Prezidenti Volodimir Zelenski daha əvvəl bildirmişdi ki, Qərb dəstəyi dayandırsa, ölkəsi geri çəkiləcək. ABŞ Ukraynaya yardımı dayandırıb. Bundan əvvəl xarici KİV yazmışdı ki, ABŞ Ukraynadan hücumdan müdafiə strategiyasına keçməyi tələb edir. ABŞ dövlət katibi Antoni Blinken daha əvvəl Ukraynanın çətin vəziyyətdə olduğunu bildirib.




Ana səhifəyə qayıt        Baxış: 3 181          Tarix: 27-01-2024, 10:32      

Xəbəri paylaş


Paylaş:   

Prizma