Xəbər lenti

Yaxın Şərq ölkələrinin ABŞ-a münasibəti hətta Vaşinqtonun İsrailin Qəzza zolağındakı hərbi əməliyyatları ilə bağlı mövqeyinə düzəlişlər etdikdən sonra da dəyişmir. Ərəb ölkələrində mənfi əhval-ruhiyyə uzun müddət davam edəcək.

“Report” xəbər verir ki, bu barədə ABC telekanalı ABŞ-ın xaricdəki diplomatlarının daxili yazışmalarına və ABŞ kəşfiyyatının qiymətləndirmələrinə istinadən məlumat yayıb.

Qeyd olunub ki, ABŞ-ın Mərakeşdəki diplomatik missiyasının mövcud vəziyyəti qiymətləndirən sənədlərindən biri göstərir ki, ABŞ-ın bəyanatlarında mülki şəxslərin həyatının qorunmasının vacibliyini vurğulayan əhəmiyyətli düzəlişlərə baxmayaraq, Vaşinqtonun Qəzzə ilə bağlı mövqeyinin tənqidi sarsılmaz olaraq qalır.

Telekanalın qeyd etdiyi kimi, mövcud vəziyyət həm Amerika administrasiyasının diplomatik səylərinə, həm də ölkənin biznes əlaqələrinə təsir göstərə bilər.

Eyni zamanda, “ABC” qeyd edir ki, diplomatlar hələ Ağ Evi Yaxın Şərqdə bu münasibətin uzun müddət belə qalacağına inandıra bilməyiblər. Dövlət Departamentinin rəsmiləri də bəzi ölkələrlə münasibətləri bərpa etmək üçün uzun müddət lazım olacağını vurğulayıb.




Ana səhifəyə qayıt        Baxış: 3 483          Tarix: 17-02-2024, 09:33      

Xəbəri paylaş


Paylaş:   

Prizma