Xəbər lenti

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Pakistanın Baş naziri Şahbaz Şərifə zəng edərək onu yenidən ölkənin baş naziri seçilməsi münasibətilə təbrik edib.

Bu barədə Türkiyənin Prezident Administrasiyasının Kommunikasiya idarəsi məlumat yayıb.

Qeyd olunub ki, telefon danışığında Türkiyə - Pakistan əlaqələri, regional və qlobal məsələlər müzakirə edilib.

Eyni zamanda, Ərdoğan Şahbaz Şərifi yenidən baş nazir seçilməsi münasibətilə təbrik edib və yeni dövrdə Türkiyə ilə Pakistan arasında əlaqələrin daha da dərinləşəcəyinə və inkişaf edəcəyinə inandığını bildirib.

Prezident Ərdoğan Pakistanda törədilmiş terror aktlarını pislədiyini vurğulayıb və Pakistan xalqına başsağlığı verib.

Xatırladaq ki, martın 3-də Şahbaz Şərif yenidən Pakistanın baş naziri seçilib. Şahbaz Şərif 2022-ci ilin aprelindən 2023-cü ilin avqustunadək ölkənin baş naziri olub. O vaxtdan bəri hökumətin başında müvəqqəti olaraq Ənvər-ül Haq Kakar olub.




Ana səhifəyə qayıt        Baxış: 3 152          Tarix: 4-03-2024, 10:31      

Xəbəri paylaş


Paylaş:   

Prizma