Ermənistan Rusiya ilə ikitərəfli təhlükəsizlik əməkdaşlığını azaltmağa çalışır.
“Report” xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatında yazılıb.
Bildirilib ki, rəsmi İrəvan bunun üçün müəyyən tədbirlər görür.
Qeyd olunub ki, bu, həm ikitərəfli münasibətlərdə, həm də Rusiyanın rəhbərlik etdiyi Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) özünü göstərir.
Xatırladaq ki, Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan martın 6-da jurnalistlərə açıqlamasında bildirib ki, ölkəsi "Zvartnots” hava limanından Rusiya hərbçilərinin çıxarılması ilə bağlı Moskvaya rəsmi müraciət ünvanlayıb. O, həmçinin KTMT-ni Ermənistanın sərhədlərini tanımamaqda qınayıb.
Qeyd edək ki, ABŞ institutu daha əvvəl yazmışdı ki, Rusiyadan uzaqlaşmaq N.Paşinyana baha başa gələ bilər.
Paylaş: