Xəbər lenti

Seçki məntəqələrində yanğın törətmək və digər vandalizm xarakterli cinayətlər dövlətə xəyanət kimi təsnif edilə bilər.

Axar.az xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedyev deyib.

Medvedyev seçki məntəqələrində cinayət törədənləri “əclaf” və “satqın” adlandırıb:

“Onların hərəkətləri cinayət maddələri ilə qiymətləndirilə bilər. Seçki məntəqələrində kriminal fəallar başa düşməlidirlər ki, əməllərinə görə onları iyirmi illik xüsusi rəftar gözləyir”, - Medvedyev bildirib.

Qeyd edək ki, Rusiyada keçirilən seçkilərdə seçki kabinəsini yandırma, seçki məntəqəsinə Molotov kokteyli atma, seçki qutusuna qara maye tökərək, bülletenləri məhv etmə və s. kimi hallar qeydə alınıb.

Rusiyada prezident seçkiləri 15 martda başlayıb və bu gün başa çatacaq.




Ana səhifəyə qayıt        Baxış: 3 302          Tarix: 17-03-2024, 10:58      

Xəbəri paylaş


Paylaş:   

Prizma