Xəbər lenti

Aprelin 5-nə planlaşdırılan Ermənistan-Aİ-ABŞ görüşü Moskvada narahatlığa səbəb olur, çünki Vaşinqton və Brüssel onun anti-Rusiya oriyentasiyasından açıq danışır.

Musavat.com xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin sözçüsü Mariya Zaxarova deyib.

“Vaşinqtonda, Brüsseldə və İrəvanda özlərini elə göstərirlər ki, aprelin 5-də keçiriləcək yüksək səviyyəli Ermənistan-Aİ-ABŞ görüşünün niyə bu qədər “narahatlığa” səbəb olması ilə maraqlanırlar” - o bildirib.

Zaxarova bundan əvvəl bəyan etmişdi ki, Avropa İttifaqı ilə yaxınlaşma illüziyası Ermənistanı əsarətlə hədələyir. Onun sözlərinə görə, İrəvana xeyir verəcək hər şeyi “yalnız alqışlamaq olar”. Eyni zamanda Zaxarova Ermənistana “Aİ-nin nəğmələri”nin qoyun dərisi altında gizlənmiş “qaniçən canavar və hətta qılınc dişli pələng” olduğuna görə xəbərdarlıq edib.




Ana səhifəyə qayıt        Baxış: 4 016          Tarix: 28-03-2024, 12:48      

Xəbəri paylaş


Paylaş:   

Prizma