Xəbər lenti

 

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Hakkarinin Şəmdinli rayonunda terrorçuların hücumu zamanı güllə yarası alan və mobil telefonuna görə möcüzəli şəkildə sağ qalan hərbçi Kazım Qaraya yeni telefon hədiyyə edilməsi haqda təlimat verib.

Axar.az xəbər verir ki, bu barədə Hakkari valisi Cüneyt Orxan Torpaq məlumat yayıb.

O, Ərdoğanın adından həmin telefonu hərbçiyə verməkdən şərəf duyduğunu bildirib:

“Terror hücumu zamanı terrorçunun atdığı güllə hərbçimizin cibindəki mobil telefona dəyib. Bu yolla da hərbçimiz sağ qalıb, elə də ciddi yara almayıb. Hörmətli prezident hadisə haqda məlumat aldıqdan sonra həmin hərbçimizə yeni mobil telefon hədiyyə edilməsi haqda təlimat verdi”.




Ana səhifəyə qayıt        Baxış: 411          Tarix: 4-08-2017, 08:13      

Xəbəri paylaş


Paylaş:   

Prizma