Xəbər lenti

Türkiyədə PKK terrorçuları təhlükəsizlik qüvvələrinə hücum edib.

"Report"un məlumatına görə, bu barədə "Anadolu" agentliyi xəbər verib.

Xəbərdə bildirilir ki, hadisə Hakkari vilayətinin Şəmdinli rayonunda qeydə alınıb. Belə ki, terrorçuların təhlükəsizlik qüvvələrinə hücumu zamanı bir nəfər həlak olub.

Hücum zamanı eyni zamanda daha iki təhlükəsizlik qoruyucusu da yaralanıb. Yaralılar Yüksəkova Dövlət Xəstıxanasına yerləşdirilib.

Terrorçuların zərərsizləşdirilməsi üçün əməliyyata başlanılıb. 

 




Ana səhifəyə qayıt        Baxış: 970          Tarix: 15-07-2017, 11:50      

Xəbəri paylaş


Paylaş:   

Prizma