Rusiya ordusu Ukraynadakı fransız muzdlulara zərbələr endirib.
Musavat.com xəbər verir ki, iddia edilən hadisə həftəsonu Ukraynanın Slovyansk şəhərində baş verib.
Hücum Fransa prezidenti Emmanuel Makronun müharibədə Ukraynaya dəstək olmaq üçün aprel ayında Kiyevə 1500 əsgər göndərə biləcəyi xəbərdarlığından sonra və Rusiyanın Donetsk bölgəsində Ukraynanın müdafiəsini yarmağa davam etdiyi bir vaxtda edilib.
Sputnik-in məlumatına görə, Fransa Xarici Legionunun 100 döyüşçüsündən ibarət ilk dəstə Ukraynadadır və onlar əsasən artilleriya kəşfiyyatı üzrə mütəxəssislərdən ibarətdir.
Musavat.com-un Ukraynadakı və Avropadakı mənbələrindən əldə etdiyi məlumata görə, yaralanan və həlak olan fransız kəşfiyyatçıları təcili tibbi yardım maşınları ilə xəstəxanalara çatdırılıb. "Onların yaxınına kimsəni buraxmırdılar, hər şey xüsusi və təlaşlı məxfiliklə aparılırdı", deyə, Ukraynadakı hadisə şahidi Musavat.com müxbirinə söyləyib.
Onun iddiasına görə, həlak olanlar Fransanın Ukraynada fəaliyyət göstərən kəşfiyyat qruplarının döyüşçüləridir. İddia olunur ki, həlak olan fransız hərbçilər arasında yüksək rütbəlilər də var.
Hadisə ilə bağlı bir sıra media quruluşlarında ziddiyyətli məlumatlar gedib.
Paylaş: