Xəbər lenti

 

Xəbər verdiyimiz kimi, Almaniyanın “Siemens” şirkəti Rusiyaya satdığı təbii qaz borularının Krımda istifadə edildiyini aşkarladıqdan sonra Avropa İttifaqı Rusiyaya yeni sanksiyalar tətbiq edib.

“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, Rusiya Xarici İşlər Nazirliyi alınan qərara münasibət bildirərək həm beynəlxalq hüquq normaları ilə ziddiyət təşkil etdiyini bildirib:

““Siemens” və Rusiyada çalışan digər alman və Avropa şirkətlərinin xərcləri daxil olmaqla, Avropa İttifaqı və alman hökuməti bu qərara görə məsuliyyət daşıyacaqlar”, - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, sanksiya siyahısına Rusiyanın Enerji nazirinin müavini Andrey Çerezov, nazirliyi rəsmisi Yevgeni Qrabçak və “Siemens”in borularını Rusiyada modernizasiya edən “Technopromexprt” şirkətinin icraçı direktoru Oleq İsayev daxil edilib.




Ana səhifəyə qayıt        Baxış: 746          Tarix: 4-08-2017, 23:57      

Xəbəri paylaş


Paylaş:   

Prizma