Xəbər lenti

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaların 14-cü paketində bu ölkədən olan və Qərbdə "kölgə donanması" adlanan neft tankerlərinin Avropa limanlarına və xidmətlərinə çıxışını məhdudlaşdıracaq.

Bu barədə Niderland xarici işlər naziri səlahiyyətlərini icra edən Hanke Bryuins Slot "X" hesabında məlumat verib.

"Bu sanksiyalar paketi sayəsində "kölgə donanması" Avropa limanlarına və xidmətlərinə çıxışdan məhrum olacaq", - o bildirib.

Hanke Bryuins Slot əlavə edib ki, Niderland qətiyyətlə bu cür tədbirlərin tətbiqi mövqeyindən çıxış edib.

İyunun 20-də Belçikanın Aİ Şurasında sədrliyi bəyan edib ki, Aİ səfirləri Rusiyaya qarşı 14-cü sanksiyalar paketi ilə bağlı razılığa gəliblər. İndi bu sanksiya paketi bütün Aİ ölkələrinin nazirləri tərəfindən təsdiqlənməlidir, bundan sonra isə dərc olunaraq qüvvəyə minəcək.

Avropa Komissiyası bunu Ukrayna və Moldovanın Aİ-yə qəbulu ilə bağlı iyunun 25-nə planlaşdırılan danışıqların başlanmasından əvvəl qüvvəyə mindirməyə çalışır.

Mənbə: TASS




Ana səhifəyə qayıt        Baxış: 3 235          Tarix: 20-06-2024, 22:23      

Xəbəri paylaş


Paylaş:   

Prizma