Xəbər lenti

"Qərb Azərbaycan və Ermənistanı NATO sammitinə dəvət etməklə onları Rusiya ilə əməkdaşlıqdan ayırmaq istəyir".

Bunu Rusiya Xarici İşlər Nazirliyinin İnformasiya və Mətbuat Departamentinin direktor müavini Andrey Nastasyin brifinqdə deyib.

"Amerikalıların öz destruktiv təsirlərini yaymaq cəhdlərinə daha bir nümunə. Avropadakı iradəsiz "peyk"lərinin tam razılığı ilə Vaşinqton Rusiyanın dostlarını, qonşularını onunla əməkdaşlıqdan çəkindirmək vəzifəsini qoyur", - deyə o, müvafiq sualı cavablandırarkən bildirib.

"Avroatlantika nümayəndələrinin regionun xüsusiyyətlərini dərk etməkdən uzaq olan reseptlərinin tətbiqi Cənubi Qafqazda yeni bölücü xətlərin yaranmasına gətirib çıxarır və təkcə bu region üçün deyil, həm də ümumi Avrasiya üçün dağıdıcı nəticələrə səbəb olacaq", - diplomat vurğulayıb.

Mənbə: TASS




Ana səhifəyə qayıt        Baxış: 2 926          Tarix: 3-07-2024, 15:37      

Xəbəri paylaş


Paylaş:   

Prizma