Xəbər lenti

Türkiyə ilə Suriya arasında münasibətlərin normallaşması bütün dünyada gündəm oldu.

“Report” xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AK Parti) sözçüsü Ömər Çelik keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Ankara bu istiqamətdə səylərini davam etdirir: “Suriyanın ərazi bütövlüyünü dəstəkləyirik. Bizim Suriyadakı mövcudluğumuz bu dövlətin ərazi bütövlüyünə qarşı deyil. Biz bizə güvənən kiminsə pis vəziyyətdə qalmasına icazə vermərik”.

Ö.Çelik, həmçinin qeyd edib ki, Suriya Prezidenti Bəşər Əsəd hələ Türkiyəyə dəvət olunmayıb.

Qeyd edək ki, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan daha əvvəl ölkəsinin Suriya ilə münasibətlərin normallaşması prosesində maraqlı olduğunu və Bəşər Əsədin Türkiyəyə dəvət oluna biləcəyini söyləmişdi.




Ana səhifəyə qayıt        Baxış: 2 846          Tarix: 8-07-2024, 20:16      

Xəbəri paylaş


Paylaş:   

Prizma